Praqada qiymətlər

Su qiymətinə pivə, 52 qəpiklik kartof…

Source:


“Meydan”da Tbilisidə gündəlik malların qiymətləri barədə oxuduqdan sonra qərara gəldim ki, Praqadakı qiymətləri də mən çatdırım nəzərinizə. Əvvəl onu deyim ki, burada qiymətlər bizim “üzən məzənnə” kimi bir şeydir. Yəni qiymətləri dövlət tənzimləmir. Eyni şeyi bir marketdə ucuz, o birində baha tapa bilərsiniz. Burada həmçinin çoxlu vyetnamlı (vyetnamlılar sovet dövründə gəliblər və indi yerli kimi bir şeydirlər) var ki, mini-market işlədir, bu marketlərdə də qiymətlər bəzən daha ucuz olur. Mən yalnız bir super-marketdə olan qiymətləri yazıram. Xatırladım ki, hər gün hansısa mallara endirim olur, insanlar da məhz endirim olan malları alırlar adətən.

Un – 0,36-0,80 dollar

Kartof – 0,52 dollar

Soğan – 0,64 dollar

Alma – 1,6 dollar

Armud – 1,12 dollar

Banan – 0,88 dollar

Mal əti – 3,96-5,96 dollar

Toyuq əti – 3,20 dollar

Kolbasa – 0,80-3,92 dollar

Adi sosiska – 0,84-1,48 dollar

Siqaret – 3,2-4 dollar

Şəkər tozu – 1,20 dollar

Duz – 0,32 dollar

Çips – 1,04-1,60 dollar

Təbii şirə – 1-1,60 dollar

Coca-cola (2 litr) – 1 dollar

Pivə – 0,44-0,92 dollar

Çaxır – 3,20-12,03 dollar

Araq (0,5 litr) – 5,77 dollar

Qazsız su (5 litr) – 1,32 dollar

Qazsız su (1,5 litr) – 0,28 dollar

Pomidor – 2 dollar

Badımcan – 2 dollar

Xiyar (1 ədəd) – 0,52 dollar

Kök – 0,80 dollar

Sarımsaq – 1,20 dollar

Kələm – 0,68 dollar

Aktivia (orta ölçülü) – 0,92 dollar

Yağ (250 qramlıq heyvan yağı) – 0,76 dollar

Süd – 0,96 dollar

Paltarlar Bakıdan xeyli ucuzdur. Amma ətraf şəhərlərə baxanda baha sayılır. Polşa, Drezden bu cəhətdən çox ucuzluqdur. Məsələn, Praqadan cəmi 2 saatlıq məsafədə olan Drezdendə eyni firmaların malları Bakıdan 3-4 dəfə ucuzdur.

Nəqliyyat bileti ümumidir. Yəni bir bilet alıb həm tramvaydan, həm metrodan, həm də avtobusdan (trolleybus olan şəhərlər də var) istifadə etmək olar. Nəqliyyat vasitəsinə minəndə bilet yoxlanılmır. Yəni biletsiz də asanlıqla minmək olar. Sadəcə nəqliyyatda mütəmadi yoxlamalar olur. Əgər sizi biletsiz tutsalar, 40-80 avro cərimələyirlər.

Biletlər isə uzunmüddətli istifadə üçün baha deyil. Belə ki, ən ucuz bilet yarım saatlıqdır və 1 dollardır. Yəni həmin biletlə yarım saat ərzində hansı şəhərdaxili ictimai nəqliyyat vasitəsindən istəsəniz (taksi istisna), istifadə edə bilərsiniz. Amma aylıq bilet 26,4 dollardır. Yəni bu biletlə 1 ay ərzində limitsiz olaraq, yararlana bilərsiniz.

Əlbəttə, maaşlar, pensiyalar Azərbaycandan xeyli çoxdur. Bu da başqa bir dərdin mövzusudur.


Yazı müəllifin şəxsi mövqeyini ifadə edir…

Ana səhifəMənim FikrimcəPraqada qiymətlər