Praktikaya çatmış Marksın XI tezisi


Solçuların XI TEZIS dərginin təqdimatında solçu yazar Məmməd Süleymanov yeni nəşir, eləcə də “Marksın qayıdışı” haqda məruzə ilə çıxış edib.

Mart ayının 10-da Vətəndaş Həmrəyliyi Partiyasının akt zalında XI TEZIS dərgisinin təqdimatı keçirildi. Redaksiya heyəti Azərbaycan dilində ilk dəfə Marksist fikir məktəbini və ümumilikdə sol yanaşmanı əhatə etmək missiyasını üzərinə götürüb. Məqsəd Azərbaycanda və dünyada inkişaf edən sosial-iqtisadi proseslərə “sol” yanaşmanı təqdim etməkdir. Bu say “Marksın Qayıdışı” adlanır və XIX əsrdə yaşamış alman filosof və nəzəriyyəçi Karl Marksın mülahizələrinin son dövrlərdə beynəlxalq müstəvidə baş verən iqtisadi və siyasi hadisələr fonunda aktuallaşması ilə əlaqədar mövzuları əhatə edir.

Dərginin təqdimatından öncə solçu yazar Məmməd Süleymanov dərgi, eləcə də “Marksın qayıdışı” haqda məruzə elədi. Məruzədən sonra toplaşanların suallarını cavablandıran M.Süleymanov dərginin adını onun yox, gənclərin qoyduğunu bildirdi. Tarix, iqtisadiyyat, antropologiya, sosiologiya, mədəniyyət və fəlsəfə bölmələrindən ibarət olan jurnalda yazarın “Azərbaycanda sol hərəkatın tarixi”, “Cek Londonun “Dəmir dabanı” və ““Manifest”ə “Ön söz”  yazıları da yer alıb.

Bundan başqa, ilk sayda oxucu Azərbaycanda sol hərəkatların tarixi, istehlak cəmiyyəti və yadlaşma, qlobal maliyyə böhranı və digər maraqlı yazılara rast gələ bilər. Yazılar barədə daha ətraflı məlumat və oxucularla əlaqə üçün rəsmi vebsayt – onbirincitezis.org – yaradılıb. XI TEZIS bir qrup könüllü tərəfindən hazırlanır və rüblük olaraq dərc edilməsi nəzərədə tutulur.

Jurnalı əldə etmək üçün aşağıdakı ünvanlara müraciət etmək olar:

  1. Zero Kitab Evi Ünvan: Bakı, İstiqlaliyyət küçəsi 71 (İçərişəhər metrosunun yanında, Sabir bağı ilə üzbəüz) Tel. 055 656 12 95 2.
  2. Bakıtab Əlövsət Quliyev küçəsi 72 Tel. 070 8010630
  3. kitabevim.az Kitab marketi Ünvan:

1. Nəsimi r., Puşkin k., 26 a, AK center II mərtəbə (28 may M)

2. Nizami M, Zivərbəy Əhmədbəyov 2 Telefon: 070 497 24 44 4.

3. İçərişəhər – Bookhouse & Cafe A.Zeynallı küç. 16, Baku, Azerbaijan. Tel. (012) 492 44 27

4. İdiot Book Cafe Tolstoy 1005. Baku, Azerbaijan. Tel. 055 323 56 99

5. Road Cafe H.Aslanov 101, Baku, Azerbaijan

Ana səhifəVideoPraktikaya çatmış Marksın XI tezisi