Polisin vurduğu vətəndaş xəstəxanalıq olub

Baloba Qurbanov avqustun 4-də Zığ qəsəbəsində yolu keçmək istəyərkən yol polisinin surətlə gəlib onu vurduğunu deyir. O, 99 YP 288 dövlət nömrə nişanlı avtomobili idarə edən polisin başqa bir avtomobilin arxasınca düşərkən, qəza törətdiyini söyləyir. Hadisədən sonra Baloba Qurbanov huşunu itirib, ayılanda gözlərini reanimasiyada açıb. Baloba Qurbanov başında şiş, bədənində ağrılar olduğunu deyir. Həkimlər isə artıq onun xəstəxanada qalmağına ehtiyac olmadığını bildiriblər.

Çəkilişdən sonra Baloba Qurbanov xəstəxanadan evə buraxılıb.

Baloba Qurbanovun səhhəti ilə bağlı Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Meydan TV-yə bildirilib ki, xəstənin vəziyyəti yaxşıdır. Həkimlər müşavirə keçirib, onun qanun çərçivəsində xəstəxandan evə buraxılmalı olduğunu bildiriblər.

Məsələ ilə bağlı Suraxanı rayon Polis İdarəsindən Meydan TV-yə yol polisinin piyadanı vurduğunu təsdiqləyiblər.

Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov Meydan TV-yə bildirib ki, Suraxanı Rayon Prokurorluğunda cinayət işi açılıb. O bildirib ki, vətəndaş bilərəkdən yol polisinin surətini dayandırmaq istəyib, bu da qəzaya səbəb olub.

Ana səhifəVideoPolisin vurduğu vətəndaş xəstəxanalıq olub