Polisin “Oda” teatrı əməliyyatı

Bu gün “Oda” teatrının fəaliyyət göstərdiyi “Zirzəmi” məkanına polislərin basqını olub.

Source:


Bu gün “Oda” teatrının fəaliyyət göstərdiyi “Zirzəmi” məkanına polislərin basqını olub.

Meydan TV Qaynar.info-ya istinadən xəbər verir ki, hadisə yerində olan şahidlərin verdiyi məlumata görə, polislər ətrafda yaşayan insanların şikayəti əsasında məkanı bağladıqlarını bildiriblər.

Hadisə zaman polislərlə teatrın aktyorları arasında mühabisə yaranıb. Nəticədə “Oda” tetarının rəhbəri, əməkdar artist İlqar Cahangir, teatrın gənc aktyorları Elmin Bədəlov, Nihat Qulamzadə həbs edilərək polis bölməsinə aparılıblar.

Nəsimi Rayon Polis İdarəsinin növbətçisi isə açıqlamasında bu barədə onlarda heç bir məlumatın olmadığını bildirdi.

Qeyd edək ki, “Oda” teatrı bir müddət əvvəl yaranıb və “Səncə döyəcəklər?” (Matey Vişnyek) adlı ilk tamaşaları qısa müddətdə 15 dəfə nümayiş olunub və anşlaqla qarşılanıb. Əsər polis bölməsinə düşən iki etirazçının yaşadığı psixoloji vəziyyətdən bəhs edir. Belə çıxır ki, teatrın aktyorları səhnədə oynadıqlarını həyatda yaşamalı olublar.

İlqar Cahangir siyasi mövqeyinə görə bu il Gənc Tamaşaçılar Teatrından uzaqlaşdırılmışdı. Bir müddət işsiz qalan aktyor istedadlı gəncləri başına toplayaraq şəxsi tetar studiyası yaratmışdı.

Elmin Bədəlovun verdiyi açıqlamaya görə, polislər onları Nəsimi Rayon Polis İdarəsinin 22-ci bölməsinin 14-cü məntəqəsinə aparıblar.

Orada polis onlara ətrafda yaşayan sakinlərin səs-küydən şikayət etdiklərini bildirib.

İzahat alındıqdan sonra aktyorlar səsrbəst buraxılsa da, məkanın açarları geri qaytarılmayıb. Məkanın qeyri-müəyyən müddətə qədər bağlı qalacağı bildirilib.

Teatrın bu günə planlaşdırılan “İtən vaxt” tamaşası da təxirə salınıb.

Ana səhifəXəbərlərPolisin “Oda” teatrı əməliyyatı