Polisin döydüyü taksi sürücüsü Meydan Tv-yə danışdı

Martın 20-də gecə saatlarında Yasamal rayonu ərazisində taksi sürücüsü polis tərəfindən döyülüb. Adətən İmran Eldarov Yasamalda “Kaktus” restoranının yaxınlığında dayanıb taksi fəaliyyəti göstərib. Martın 20-də adi günlərdən biri olub əraziyə gəlib taksi fəaliyyətinə davam edib. Döyülən sürücü İmran Eldarov deyir ki, Novruz bayramı münasibəti ilə tonqal qalanıb həmin ərazidə. Sonradan isə avtoxuliqanlar orada öz avtomobilləri ilə təhlükəli manevirlər ediblər. Bundan sonra polis və sakinlər arasında qarşıdurma olub. Ərazidə mən gəlməmişdən qabaq nə olubsa, mənim xəbərim olmayıb. Mən gəlib dayanandan sonra əraziyə çoxlu polis gəldi. Gələn polislər obyekt işçilərini və sakinləri döyməyə başladılar . Sonra da gəldilər mənim üstümə. Heç nə soruşmadan başladılar vurmağa. Məni vurub yerə sərdilər. Qışqırırdım ki, mən taksi sürücüyəm. Buna baxmayaraq , məni təpikləməkdə davam edirdilər. Döyülən vaxtı cibimdə olan 82 manat pul da itib. Pis döyüldüyümdən burnum sınıb,qabırğalarım və daxili orqanları əzilib. 28 polis bölməsinə post patrul maşınında aparılmışam. Yarım saat sonra vəziyyətim daha pis olduğundan Təcili Tibbi Yardım çağırdılar və mən Təcili yardımla “Semaşka” xəstəxanasına apardılar. Orada ilkin tibbi yardım göstərilərək, rentgen olundum. Sonra isə məni ambulator müalicə yazaraq evə göndərdilər.

Hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin “102” qaynar xəttinə müraciət etmişəm amma heç kim maraqlanmır.

Ana səhifəVideoPolisin döydüyü taksi sürücüsü Meydan Tv-yə danışdı