Polis Xaçmaz müsavatçısını saxlayıb (yenilənib)

Səbəb Müsavat Partiyasının başqanı Arif Hacılının Xaçmaz rayon təşkilatının sədri Heybət Əmrahın anasının yas mərasimində iştirakıdır

Source:


13.47.

Saxlanılan müsavatçılara Polis İdarəsində siyasi fəaliyyətləri ilə əlaqədar xəbərdarlıq edilib. Partiya başqanı Arif Hacılı və digər rəhbər şəxslərin Xaçmaz rayonuna gəlişinin arzuolunmaz olduğu bildirilib və bütövlükdə partiyadaxili məsələlərlə bağlı sorğu-sual olunduqdan sonra sərbəst buraxılıblar.

Müsavat Partiyası polis orqanlarının partiyanın rayon təşkilatının fəaliyyətinə olan polis müdaxiləsini kəskin şəkildə pisləyir və hakimiyyətdən polis orqanlarının siyasi təşkilatların fəaliyyətinə maneçilik törətməsi hallarına son qoyulmasını tələb edir


Səbəb Müsavat Partiyasının başqanı Arif Hacılının Xaçmaz rayon təşkilatının sədri Heybət Əmrahın anasının yas mərasimində iştirakıdır

Xaçmaz rayon müsavatçılarının verdiyi məlumata görə, noyabrın 7-də Müsavat Partiyasının Xaçmaz rayon təşkilatının sədri Heybət Əmrah və fəal müsavatçı Ramazan Əliyev polis tərəfindən saxlanılıb. Müsavatçının polis bölməsinə aparılmasının səbəbi noyabrın 6-da Müsavat Partiyasının başqanı Arif Hacılının Xaçmaz rayon təşkilatının sədri Heybət Əmrahın anasının yas mərasimində iştirakı ilə əlaqələndirilir.

Hazırda Müsavat Partiyası rayon təşkilatı liderlərinin harada saxlanması barədə məlumat yoxdur.

Ana səhifəXəbərlərPolis Xaçmaz müsavatçısını saxlayıb (yenilənib)