Polis serjantının silahla özünü vurduğu bildirilir

Hadisə ilə bağlı məlumat yayan Daxili İşlər Nazirliyi (DİN) bildirib ki, Həsən Osmanov daha sonra intihara cəhd edib.

Polis. Foto: DİN


DİN faktla bağlı araşdırma aparır

Balakən Rayon Polis Şöbəsinin əməkdaşı xidməti silahı ilə özünü

öldürüb

.

Daxili İşlər Nazirliyindən (DİN) hadisəni təsdiqləyiblər. DİN-in Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov hadisənin iyunun 21-də baş verdiyini söyləyib. Polis serjantı Tural Əliyev ərazidə xidmətdə olarkən ona təhkim edilmiş xidməti silahla özünə atəş açaraq intihar edib.

“Hazırda faktla bağlı Daxili İşlər Nazirliyi tərəfindən xidməti araşdırma aparılır”.

Daha öncə isə Yasamal Rayon Polis İdarəsinin 26 yaşlı əməkdaşı Həsən Osmanov tabeliyindəki silahla 25 yaşlı Fatimə Hüseynovanı

öldürmüşdü

.

Hadisə ilə bağlı məlumat yayan Daxili İşlər Nazirliyi (DİN) bildirib ki, Həsən Osmanov daha sonra intihara cəhd edib. Nazirlik hadisənin qısqanclıq zəminində baş verdiyini düşünür: “Həsən Osmanovun sağlamlıq durumu ağır qiymətləndirilir. Faktla bağlı cinayət işi qaldırılıb, zəruri istintaq və əməliyyat tədbirləri həyata keçirilir”.

Ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən Həsən Osmanov bir neçə gün sonra ölmüşdü.

Ana səhifəSosialPolis serjantının silahla özünü vurduğu bildirilir