Polis senzura və ya bədii şura rolunda

Buna baxmayaraq, repçi Həbib Rüstəm Beynəlxalq Mətbuat Mərkəzində “Gladio” klipinin təqdimatını keçirəcək

Source:


Buna baxmayaraq, repçi Həbib Rüstəm Beynəlxalq Mətbuat Mərkəzində “Gladio” klipinin təqdimatını keçirəcək

Nəsimi rayon polisi gənc repçi Kabusun (Həbib Rüstəmin) klipinin təqdimatını keçirməsinə imkan verməyib.

Repçinin özünün “Turan İA”a verdiyi məlumata görə, bu, ikinci belə qadağadır.

Ötən il fevralın 16-da Nəsimi rayon 22-ci polis şöbəsinin əməkdaşları onun “Vətən” kinoteatrında konsert keçirməsinə imkan verməyiblər.

Bu dəfə repçi əvvəlcədən (aprelin 10-da) paytaxt polisinə “Deja Vu” kafesində klipin təqdimatı haqqında məlumat verib.

“Belə bir prosedur nəzərdə tutulmasa da, mən polisə müraciət etdim, amma heç bir cavab almadım”, deyə o bildirib.

Aprelin 21-də onu Nəsimi rayon 22-ci polis şöbəsinə çağırıblar və klipə baxmaq istədiklərini bildiriblər. Növbəti gün şöbədə klipin nümayişi təşkil edilib və təqdimata icazə verilmədiyi bildirilib, deyə repçi qeyd edib.

Buna baxmayaraq, repçi Beynəlxalq Mətbuat Mərkəzində “Gladio” klipinin təqdimatını keçirəcək.

Məzmununa gəlincə, klip sosial mövzudadır və mahnıda fəlsəfi şəkildə gənc nəsli narahat edən problemlərə toxunulur.

Ana səhifəXəbərlərPolis senzura və ya bədii şura rolunda