”Polis rəisi məni ”tok”a verdi”

Rəvan İsmayılov: “Ailə üzvlərimə, Taleh Bağırzadəyə söyürdülər”

Source:
Rəvan İsmayıl
Rəvan İsmayıl


Rəvan İsmayılov: “Ailə üzvlərimə, Taleh Bağırzadəyə söyürdülər”

Bakı Apelyasiya Məhkəməsində “Müsəlman Birliyi” Hərəkatının sədri Taleh Bağırzadənin tərəfdarı, dindar Rəvan İsmayılovun apelyasiya şikayətinə baxılıb.

Vəkil Yalçın İmanovun Meydan TV-yə verdiyi məlumata görə, hakim Mirzəli Abbasovun sədrlik etdiyi iclasda qərar elan edilib. Qərara görə, şikayət təmin edilməyib.

İclasda çıxış edən R.İsmayılov deyib ki, oktyabrın 4-də məhkəmə tərəfindən barəsində inzibati həbs qərarı verildikdən sonra onu inzibati həbs olunanların Binəqədidə yerləşən məntəqəsinə yox, Sabunçu rayon Polis İdarəsinə aparıblar:

“Məni əllərim qandallı vəziyyətdə rəis müavini Eldar İlyasovun otağına apardılar. Sonra idarənin rəisi də gəldi. Məni əlləri qandallı vəziyyətdə yerə yıxdılar. Rəis müavini ayağını başıma qoymuşdu ki, tərpənə bilməyim. Rəis də məni “tok”a verirdi. Yarım saat işgəncə verdilər, söyürdülər, təhqir edirdilər. Ailə üzvlərimə, Taleh Bağırzadəyə söyürdülər. Başqa idmançı görünüşlü polis əməkdaşı da işgəncədə iştirak edirdi. Yalnız bundan sonra məni inzibati həbs olunanların məntəqəsinə apardılar. Mənə deyirdilər: “Mitinqdə nə işin var? Taleh Bağırzadəni niyə müdafiə edirsiz? Niyə dövlətçiliyə qarşı niyə çıxırsınız?”

R.İsmayılov oktyabrın 4-də saxlanılıb. O, polisin qanuni tələbinə tabe olmamaqda ittiham edilib və Sabunçu rayon Məhkəməsinin qərarı ilə 30 sutkalıq həbs cəzasına məhkum edilib. Apelyasiya şikayəti həmin qərardan verilib.

Ana səhifəXəbərlər”Polis rəisi məni ”tok”a verdi”