Qazax Rayon Polis Şöbəsinin rəisi mədəsindən əməliyyat olunarkən qanaxmadan ölüb
Qazax Rayon Polis Şöbəsinin (RPŞ) rəisi polis polkovniki Natiq Həsənov vəfat edib.
“Report”un Qərb bürosunun məlumatına görə, polis rəisi mədəsindən əməliyyat olunub.
Əməliyyatdan sonra kəskin qanaxma baş verib.
N.Həsənov 52 yaşında dünyasını dəyişib.