Ehsan Zahidov: “Həmin şəxslər polisə müqavimət göstərərək, onlara daş və digər əşyalar atıblar”
“Siyəzəndə razılaşdırılmamış aksiya keçirməyə cəhd göstərən bir qrup sakin öz aqressiv davranışları ilə ətrafdakı dinc insanların həyatı üçün təhlükə yaradıblar”.
Bu sözləri “Bizim Yol” qəzetinə açıqlamasında Daxili İşlər Nazirliyinİn Mətbuat Xidmətinin rəis müavini Ehsan Zahidov deyib:
“Qanunçuluğu və ictimai asayişi təmin edən polis əməkdaşları onların bu qanunsuz hərəkətlərinin qarşısını alarkən həmin şəxslər polisə müqavimət göstərərək, onlara daş və digər əşyalar atıblar. Qanun pozucularının atdığı daşlardan biri azyaşlını məktəbə aparan gənc xanıma dəyib və o ciddi xəsarət alaraq yerə yıxılıb. Dərhal iki polis əməkdaşı öz həyatlarını riskə qoyaraq yaralı xanımı azğınlaşmış kütlənin ayaqları altından xilas edərək çağırdıqları təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırıblar”.