Polis odlu silahdan istifadə edə biləcək

“Dini ekstremist fəaliyyətdə iştirak edən şəxslər Cinayət, İnzibati Xətalar və Mülki məcəllələri ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar”

Source:

“Dini ekstremist fəaliyyətdə iştirak edən şəxslər Cinayət, İnzibati Xətalar və Mülki məcəllələri ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar”

Milli Məclisdə “Dini ekstemizmə qarşı mübarizə haqqında” qanun layihəsi müzakirə edilib.

Azərbaycanda dini ekstremizm əleyhinə aparılan xüsusi əməliyyat zamanı dini ekstremistlərin sağlamlığına ziyan vurulmasına yol veriləcək.

Trend-in məlumayına görə, bunu MM-in İctimai Birliklər və dini qurumlar komitəsinin sədri Səyavuş Novruzov Hüquq siyasəti və dövlət quruculuğu komitəsi ilə birgə keçirilən iclasda bildirib.

Depuatat deyib ki, layihəyə görə, dini ekstremizm, dini fanatizm və dini radikalizm hallarının aşkarlanmasına və qarşısının alınmasına və bu hallar nəticəsində dəyə biləcək zərərin minimuma endirilməsinə kömək edə biləcək məlumatlatın müvafiq dövlət orqanlarına vermək hər kəsin borcudur.

Dini ekstremist fəaliyyətdə iştirak edən şəxslər Cinayət, İnzibati Xətalar və Mülki məcəllələri ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Dini ekstremist fəaliyyətlə məşğul olan hüquqi şəxslər ləğv edilir və onların fəaliyyəti qadağan edilir.

Azərbayvan qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada dini ekstremizm əleyhinə aparılan xüsusi əməliyyat zamanı dini ekstremistlərin həyatına, sağlamlığına və ya əmlakına ziyan vurulmasına yol verilir. Dini ekstremizmə qarşı mübarizədə iştirak edən şəxs dini ekstremizm əleyhinə aparılan xüsusi əməliyyat zamanı vurulmuş ziyana görə məsiliyyət daşımır.

Ana səhifəXəbərlərPolis odlu silahdan istifadə edə biləcək