Polis əməkdaşı öz silahından güllə yarası alıb

Səbail Rayon Polis İdarəsi. Mənbə: “e-huquq.az”

DİN: “Hadisə polis əməkdaşının xidməti silahıyla ehtiyatsız davranması nəticəsində baş verib”

Bakıda polis əməkdaşı güllə yarası alıb. Hadisə iyunun 20-də səhər saat 6 radələrində baş verib. Səbail Rayon Polis İdarəsinin əməkdaşı Elçin Qurbanovun tabel silahından açılan güllədən yaralandığı bildirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, hadisə baş verərkən Elçin Qurbanov gecə növbəsində xidmətdə olub:

“Hadisə polis əməkdaşının xidməti silahıyla ehtiyatsız davranması nəticəsində baş verib”.

“Elçin Qurbanov dərhal xəstəxanaya çatdırılaraq, həkimlərin nəzarətinə verilib. Hazırda xəstənin vəziyyəti qənaətbəxşdir, həyatı üçün təhlükə yoxdur”, – DİN-in mətbuat xidmətindən bildirilib.

Son vaxtlar bir neçə polis əməkdaşının xidməti silahla özünə qəsd etdiyi haqda məlumatlar yayılıb.  

Ana səhifəXəbərlərPolis əməkdaşı öz silahından güllə yarası alıb