Polad Bülbüloğlu namizədliyini geri götürüb

YUNESKO-nun baş direktoru olmaq istəyən səfir birinci turdan sonra fikirindən daşınıb

Source:


YUNESKO-nun baş direktoru olmaq istəyən səfir birinci turdan sonra fikirindən daşınıb

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu YUNESKO-nun baş direktoru vəzifəsinə namizədliyini geri götürüb.

Məlumatı

“RİA Novosti”

yayıb. Bildirilir ki, P.Bülbüloğlu bu addımı oktyabrın 9-da keçirilmiş səsvermənin birinci turundan sonra atıb.

YUNESKO-nun İcraiyyə Şurası keçirilən səsvermənin birinci turunda təşkilatın yeni baş direktorunu seçə bilməyib. Səsvermənin ikinci turu da nəticəsiz başa çatıb və heç bir namizəd yenə də səs çoxluğuna nail ola bilməyib.

Polad Bülbüloğlu
Polad Bülbüloğlu

Səsvermənin növbəti turu oktyabrın 11-də keçiriləcək. Yeni baş direktorun adının oktyabrın 13-də məlum olacağı ehtimal edilir.

YUNESKO-nun baş direktoru vəzifəsinə 5 ölkənin nümayəndəsi namizəddir. İlk üçlüyə Qətər, Fransa və Misirin namizədi düşüb. YUNESKO-nun yeni baş direktoru vəzifəsinə əvvəlcə 9 nəfərin namizədliyi irəli sürülüb. Lakin sonradan Qvatemala və İraq öz namizədliklərini geri götürüb. Nəticədə seçkilərdə Azərbaycan (Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu), Çin (YUNESKO-nun təhsil məsələləri üzrə baş direktorunun müavini Syan Tan), Misir (Ailə işləri üzrə sabiq nazir və hüquq müdafiəçisi Vera əl-Huri Lakoy), Vyetnam (xarici işlər nazirinin müavini Fam Suan Şon), Qətər (sabiq mədəniyyət naziri Hamad bin Əbdüləziz əl-Kavari), Fransa (keçmiş mədəniyyət və kommunikasiya naziri Odri Azule) qalıb.

Ana səhifəXəbərlərPolad Bülbüloğlu namizədliyini geri götürüb