PMD şirkətindən maaşlarını ala bilməyən işçilər etiraz edib

PMD şirkətinin sifarişini görən işçilər əmək haqqını ala bilmədiklərinə görə etiraz edirlər. PMD şirkəti dolayısı ilə Paşa Holdinqə bağlıdır. Elə holdinqin baş ofisi ilə eyni ünvanda yerləşir – Port Baku Mall-da. Şikayətçilər 3 dəfə şirkətin qəbuluna getdiklərini, şikayətlərinin təmin olunmadığını deyirlər. Şikayətçilər deyir ki, şirkətin onlara ümumilikdə 25 min manat borcu var. PMD nümayəndəsi maaşı verməyən başqa şirkətin olduğunu deyir.

Ana səhifəVideoPMD şirkətindən maaşlarını ala bilməyən işçilər etiraz edib