Piyada keçidi, sürət həddi, işıqforu olmayan yol

Piyada keçidi, sürət həddi, işıqforu olmayan yol

Piyada keçidi olmayan bu yolda yanvar ayından bəri 4 nəfəri maşın vurub” bunu hər gün bu yoldan istifadə edən sakinlər deyir. Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Bəşir Bünyadov küçəsində yolu keçənlər ölümlə üz-üzə gəlir. Sakinlər yolun qarşısındakı dayanacağa getmək üçün yarım kilometr yol qət etmək məcburiyyətindədirlər.

Keçidin dayanacaq yaxınlığında olmaması tək piyadalar üçün yox, sürücülərə də problem yaradır.

Ötən il Prezident İlham Əliyevin sərəncamı ilə işıqforların və yol nişanlarının quraşdırılması, yerlərinin müəyyən edilməsi və dəyişdirilməsi Bakı Nəqliyyat Agentliyinə verilib. Sakinlərin sözlərinə görə, həmin vaxta qədər orada keçid olub. Daha sonra agentlik ərazidəki piyada keçidini yığışdırıb. 2018-ci ilin noyabr ayında BNA sakinlərdən ünvanlanan müraciətə rəsmi cavab verib və ərazidə piayada keçidinin quraşdırılmasını məqsədəuyğun hesab edib. Lakin hələ də tətbiq edilməyib. Məsələ ilə bağlı BNA-nın mətbuat xidmətinin rəhbəri Mais Ağayev isə bildirdi ki, adıçəkilən küçədə təmir işləri yeni bitib. Tezliklə, orada piyada keçidi yenidən bərpa olunacaq.

Ana səhifəVideoPiyada keçidi, sürət həddi, işıqforu olmayan yol