Pilotun ailəsi dövlət orqanlarından cavab istəyir

”Nə vaxta kimi biz gözümüzü qapıya dikib gözləyəcəyik?”

Source:
Ürfan Vəlizadə və Təbriz Musazadə
Ürfan Vəlizadə və Təbriz Musazadə


”Nə vaxta kimi biz gözümüzü qapıya dikib gözləyəcəyik?”

Aprelin 2-də cəbhədə hərbi əməliyyatlar zamanı vurulmuş “MI-24″ helikopterinin ekipac üzvlərindən hərbi pilot Təbriz Musazadənin atası Tariyel Musayev Müdafiə Nazirliyinə, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasına müraciət edib. Buna səbəb isə helikopterdə olan ekipac üzvlərinin ailəsinə onların taleyi barədə heç bir rəsmi məlumatın verilməməsidir.

Hadisə zamanı helikopterdə üç nəfər ekipaj üzvü olub – Təbriz Musazadə, Ürfan Vəlizadə və Bəkir Ismayılov.

Tariyel Musayev müraciətində övladının taleyinin müəyyən edilib onlara bu barədə rəsmi şəkildə məlumat verilməsini istəyir.

“Heç bir suala cavabımız yoxdur – pilotlar sağdır, ya yox; düşmən əlindədirmi; niyə verilmir; verilməsi üçün hansı addımlar atılır; danışıqlar aparılırmı? Nə vaxta kimi biz gözümüzü qapıya dikib gözləyəcəyik?”, – deyə Təbriz Musazadənin yaxınları bildirib.

Hərbi pilot Təbriz Musazadə 1981-ci il avqustun 12-də Gürcüstanın Dmanisi rayonunda anadan olub. Evlidir, 7 və 10 yaşlarında iki oğlu var (


azadliq.info


).

Azərbaycanın itkin düşdüyü iddia edilən hərbçilərinin axtarışlarına başlanılıb. Bu barədə məlumat Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından ANS PRESS-ə verilib.

Bir neçə vətəndaşın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasına müraciətinə əsasən, Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində baş vermiş son hərbi əməliyyatlarda iştirakları zamanı itkin düşdüyü bildirilən Azərbaycan hərbçilərinin sonrakı taleyinə aydınlıq gətirilməsi üçün aidiyyəti dövlət qurumlarının və beynəlxalq təşkilatların vasitəçiliyi ilə müvafiq araşdırma işinə başlanılıb.

Komitədən onu da bildirdilər ki, araşdırmaların nəticələri barədə itkin düşdüyü bildirilən hərbçilərin yaxınlarına və ictimaiyyətə məlumat veriləcək.

Ana səhifəXəbərlərPilotun ailəsi dövlət orqanlarından cavab istəyir