Peterburqdakı partlayışda şübhəli bilinən daha bir neçə nəfər saxlanılıb

“İstintaq Jalalovun bir neçə silahdaşını müəyyən edib”

Source:
Peterburqda baş verən terrordan foto
Peterburqda baş verən terrordan foto


“İstintaq Jalalovun bir neçə silahdaşını müəyyən edib”

Sankt-Peterburq metrosunda partlayış törədən Akbarjon Jalilovla əlbir olmaqda şübhəli bilinənlər həbs edilib.

Məlumatı İnterfaks agentliyi yazıb. İstintaq komitəsi bildirir ki, xüsusi işlər üzrə baş idarə Jalilovun ətrafını araşdırıb. Nəticədə bir neçə nəfər saxlanıb. Məlumatda saxlananların adları çəkilmir.

İdarənin nümayəndəsi Svetlana Petrenko deyib ki, istintaq Jalalovun bir neçə silahdaşını müəyyən edib.

“Orta Asiya respublikasından olan və Jalalovla əlaqəsi olan bir neçə nəfər müəyyən edilib. Onların yaşadığı mənzillərində aparılan axtarış əməliyyatı nəticəsində istintaq üçün əhəmiyyətli əşyalar tapılaraq istintaqa göndərilib”, – Petrenko istintaqa deyib.

Aprelin 3-ü, günorta saatlarında Sankt Peterburq metrosunda partlayış olmuşdu. Metronun “Texnoloqiçeskiy institut” və “Sennaya ploşşad” stansiyalarında baş vermiş partlayışlar nəticəsində 10 nəfər ölüb, 50-yə yaxın adam yaralanmışdı. Rusiya baş prokuroluğunun nümayəndəsi Aleksandr Kurennoy partlayışın terror aktı olduğunu söyləmişdi.

Aprelin 5-də şəhərdə terrorçuluq ittihamı ilə 6 nəfər saxlanılmışdı. Polisin məlumatına görə, hələlik onların Jalilovla bağlılığı barədə sübut yoxdur.

Aprelin 6-da isə Peterburqdakı evlərdən birində aşkar edilmiş partlayıcı qurğu zərərsizləşdirilib.

Həmin binadan 3 nəfəri həbs edərək aparıblar.

Ana səhifəXəbərlərPeterburqdakı partlayışda şübhəli bilinən daha bir neçə nəfər saxlanılıb