Pərviz Həşimliyə hökm oxundu

Jurnalist 8 il azadlıqdan məhrum edilib

Source:



Jurnalist 8 il azadlıqdan məhrum edilib

15 mayda Bakı Ağır Cinayətlər Məhkəməsində jurnalist, hüquq müdafiəçisi Pərviz Həşimliyə hökm oxunub. Hakim Novruz Kərimov P.Həşimlini 8 il azadlıqdan məhrum edib. Onunla birgə həbs edilən və Pərviz Həşimliyə qarşı ifadə verən Təvəkkül Qurbanova 8 il 6 ay həbs cəzası verilib.

Pərviz Həşimli qanunsuz olaraq odlu silah, döyüş sursatı saxlamaqda ittiham olunur.  O, özünü təqsirli bilmir.



Amnesty İnternational təşkilatı Pərviz Həşimlini “vicdan məhbusu” kimi tanıyıb.


Ana səhifəXəbərlərPərviz Həşimliyə hökm oxundu