Pərviz Həşimlini müsahibəsinə görə “karsa” saldılar

“Qanunda müsahibə verməyi birmənalı qadağan edən norma olmasa da, praktikada bu qadağanı tətbiq edirlər”

Source:

“Qanunda müsahibə verməyi birmənalı qadağan edən norma olmasa da, praktikada bu qadağanı tətbiq edirlər”

Vicdan məhbusunun vəkili Elçin Sadıqov Facebook səhifəsində bu barədə məlumat verib. Vəkilin sözlərinə görə, Kürdəxanıdakı 1 saylı istintaq təcridxanasında saxlanılan jurnalist və hüquq müdafiəçisi Pərviz Həşimlini cərimə kamerasına (karsa) salınmasının səbəbi onun mediaforum saytına müsahibəsidir. “Təcridxana rəhbərliyi siyasi məhbusu müsahibə verdiyinə görə cəzalandırılıb. Ancaq cəzalandırılması haqda qərar Pərviz Həşimliyə təqdim olunmadığından jurnalistin orada neçə gün saxlanılacağı məlum deyil” – deyə vəkil yazıb.

Elçin Sadıqov onu da bildirib ki, qanunda müsahibə və ya bəyanat verməyi birmənalı qadağan edən norma olmasa da, praktikada bu qadağanı tətbiq edirlər.

Ana səhifəXəbərlərPərviz Həşimlini müsahibəsinə görə “karsa” saldılar