Pərviz Həşimli 8 il azadlıqdan məhrum edildi (VİDEO)

Jurnalist 8 il azadlıqdan məhrum edilib

15 mayda Bakı Ağır Cinayətlər Məhkəməsində jurnalist, hüquq müdafiəçisi Pərviz Həşimliyə hökm oxunub. Hakim Novruz Kərimov P.Həşimlini 8 il azadlıqdan məhrum edib. Onunla birgə həbs edilən və Pərviz Həşimliyə qarşı ifadə verən Təvəkkül Qurbanova 8 il 6 ay həbs cəzası verilib.

Pərviz Həşimli qanunsuz olaraq odlu silah, döyüş sursatı saxlamaqda ittiham olunur. O, özünü təqsirli bilmir.

Amnesty İnternational təşkilatı Pərviz Həşimlini “vicdan məhbusu” kimi tanıyıb.

Ana səhifəVideoPərviz Həşimli 8 il azadlıqdan məhrum edildi (VİDEO)