Penitensiar Xidmət Cəmil Həsənli ilə görüşdən qorxur

“Təəssüflər olsun ki, bu şəxslərdən heç biri indiyə qədər telefon açıb bir məlumat verməyiblər”

Source:

“Təəssüflər olsun ki, bu şəxslərdən heç biri indiyə qədər telefon açıb bir məlumat verməyiblər”

Hüquq müdafiəçisi Leyla Yunusun Kürdəxanı müvəqqəti saxlanma təcridxanasında  saxlanılma və ona qarşı  münasibəti  öyrənmək üçün L.Yunusun və digər siyasi məhbusların hüquqlarının müdafiə komitəsinin sədri professor Cəmil Həsənli penitensiar xidmətin əlaqədər orqanlarına müraciət edib. Lakin 8 gün ərzində qeyd edilən dövlət orqanında vəzifəli şəxslərlə görüşmək mümkün olmayıb.

Bu müddət ərzində mən dəfələrlə xidmətin növbətçi hissəsinə, qəbul otağına və xidmət rəisinin köməkçi və katibliyinə telefon açıb yaranmış vəziyyətlə bağla rəis və ya onun müavini ilə görüşmək istədiyimi bildirmişəm. Mədət müəllimin köməkçiləri bu işlə katibliyin rəisi Vüqar adlı məmurun məşğul olacağını bildirdilər və mən onunla əlaqə saxladım. Onlar mənim məhz Leyla Yunusun Kürdəxanı müvəqqəti saxlama təcridxanasında saxlanma şəraiti ilə bağlı görüşmək istədiyimi bildikdən sonra müxtəlif bəhanələrlə görüşdən qaçır, telefon zənglərinə cavab vermir bir məmur kimi öz vəzifələrinin icrasından yayınırlar”, deyə Həsənli bildirib.

Penitensiar Xidmətin əməkdaşları C.Həsənlinin mobil telefon nömrəsini alaraq, nəticələr haqqında onunla əlaqə saxlayacaqlarını vəd veriblər. “Lakin təəssüflər olsun ki, bu şəxslərdən heç biri indiyə qədər telefon açıb bir məlumat verməyiblər. Mənim təkrar müraciətimdən sonra idarənin katibliyinin rəhbəri məsələni aydınlaşdıracağına söz versə də, bu gün etdiyimiz zənglərə cavab verməməklə vəzifəsini bitmiş hesab edib”, deyə Həsənli qeyd edib (Turan İA).

Ana səhifəXəbərlərPenitensiar Xidmət Cəmil Həsənli ilə görüşdən qorxur