Pənah Hüseyn seçkilərin nəticələrini tanımadı

“Saxtalaşdırma halları barədə ümumi və məntəqələr üzrə çoxsaylı aktlar, video və audi materiallarını ictimailəşdirəcəyəm”

Source:


“Saxtalaşdırma halları barədə ümumi və məntəqələr üzrə çoxsaylı aktlar, video və audi materiallarını ictimailəşdirəcəyəm”

“Noyabrın 1-də namizəd olduğum 63 saylı Sabirabad birinci seçki dairəsində seçki prosesi mənim seçki komissiyalarına təyin etdiyim 36 məşvərətçi səs hüquqlu seçki komissiyası üzvü, məntəqələrə təyin edilmiş 35 müşahidəçi və “Azadlıq -2015” siyasi partiyalar bloku tərəfindən MSK-da təsdiqlənmiş və seçki günü məntəqələrdə qeydə alınmış 70 müşahidəçi, 6 vəkil edilmiş şəxs, habelə, 40 öz təşəbbüsü ilə müşahidəçi tərəfindən rəsmən müşahidə aparılmışdır. Seçki yekunlaşdıqdan sonra həmin müşahidəçilərin təqdim etdiyi, habelə, dairədə müşahidə aparan müstəqil KİV nümayəndələrindən alınmış materialların ümumiləşdirilməsi nəticəsində müəyyən edilmişdir ki, 01 noyabr 2015-ci tarixində səsverməyə hazırlıq, səsvermə və səslərin hesablanması zamanı seçki məntəqələrinin mütləq əksəriyyətində səsvermənin nəticələrinə təsir etmə dərəcəsində kütləvi qanun pozuntuları və seçki nəticələrinin saxtalaşdırılması faktları baş vermişdir”.

Bu fikirlər Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseynin noyabrın 2-də yaydığı bəyanatda yer alıb.

Pənah Hüseyn saxtalaşdırma halları barədə ümumi və məntəqələr üzrə çoxsaylı aktlar, video və audi materialları ictimailəşdirəcəklərini bildirib: “Məntəqələrə səsvermə zamanı bülleten aldığı və səsvermə qutularına daxil olanların, şəxsiyyəti müəyyənləşdirilməmiş, yaxud da açıq şəkildə başqasının əvəzinə səs verdiyi və “karusel” iştirakçısı olduğu bilinənlər də daxil olmaqla ümumi sayının cəmi 11 min civarında olduğu müşahidə edildiyi halda Dairə Seçki Komissiyasının seçkinin nəticələrinə dair tərtib etdiyi protokolda bu rəqəm 20372 göstərilmişdir. 8 məntəqədə səslər ümumiyyətlə müşahidəçilər səsvermə otağından çıxarılaraq, bülletenləri görmə məsafəsindən uzaqlaşdırılaraq, yaxud bülletenleri sədrin otağına apararaq sayılıb. Məntəqələrin 25-də səsvermənin yekunları rəsmən elan edilməmiş və protokolların surətinin verilməsindən imtina edilib. Dairə Seçki Komissiyasının protokolunu 02 noyabr 2015-ci il tarixində gecə saat 02-15-də alındıqdan sonra məntəqələrdə aparılmış müşahidə göstərmişdir ki, heç bir məntəqədə protokol divardan asılmamışdır və bu da göstərir ki, məntəqə seçki komissiyalarının protokolları üzərində iş davam edir. Yuxarıdakıları göstərərək və səsvermənin müşayiət olunduğu ümumi hüquqi və siyasi şəraiti əsas götürərək 63 saylı Sabirabad birinci seçki dairəsində 01 noyabr 2015-ci il tarixdə keçirilmiş seçkilərin baş tutmamış saydığımı, və həmin seçkilərin rəsmən elan edilmiş nəticələrini tanımadığımı bəyan edirəm”.

Ana səhifəXəbərlərPənah Hüseyn seçkilərin nəticələrini tanımadı