Pənah Hüseyn: Prezidentə müraciət etdik ki, cinayətkarlar cəzalandırılsın

Pənah Hüseynin sözlərinə görə, əgər məsələnin üstü açılacaqsa, hadisəni törədənlər cəzalanacaqsa və ictimaiyyətə məlumat veriləcəksə, dövlətə tənqidlər də o halda aradan qalxa bilər.

Pənah Hüseyn, Foto: Meydan TV


Partiya sədri: "Adminstrasiyadan bunu dialoqa qarşı genişmiqyaslı təxribat hesab edirlər"

“Bir sıra siyasi partiya lideri və ictimai xadimlər Prezident Administrasiyasına və digər aidi dövlət qurumlarına müraciət edib. Səbəb Milli Şuranın sədri, professor Cəmil Həsənliyə və ailə üzvünə qarşı törədilən "video" cinayətkarlığa aydınlıq gətirilməsini, göstərilən rəzil cinayətin təşkilatçı və icraçılarının ən tez bir zamanda tapılıb cəzalandırılmasıdır”.

Bu açıqlamanı Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn “Facebook” səhifəsində yazıb.

Pənah Hüseyn müraciətə Ağ Partiyanın imza atdığını, digər partiyalarla məsləhətləşmələrin aparıldığını deyib: “Başqa məsləhətləşdiyimiz partiyaların da imzası var”.

O, Meydan TV-yə açıqlamasında birbaşa Prezident Administrasiyasına müraciət etdiklərini söyləyib: “Administrasiyaya müraciət, təbii ki, Prezidentə müraciətdir. Bilirsiniz ki, dövlət başçısına birbaşa müraciət problemli məsələdir, birbaşa əlaqəyə girmək məsələsində…”.

Partiya sədri onlara konkret kimin cavab verdiyinə toxunmayıb: “Müraciətə cavab olaraq bildirildi ki, "bu cinayətdə hər hansı dövlət orqanının iştirakından qəti şəkildə söz gedə bilməz, əksinə bu hadisə dövlətə və iqtidara qarşı, xüsusən müxalifət iqtidar münasibətlərinin normallaşması və tam əhatəli siyasi dialoq kursuna qarşı genişmiqyaslı təxribat hesab edirlər. Bu təxribatın üstünün açılması üçün ən yüksək səviyyədə tapşırıq verilib və ən tez bir zamanda təqsirkarlar aşkarlanıb bu barədə ictimaiyyətə məlumat veriləcək". Əlavə edək ki, aparılan təhqiqat ekspertiza göstərir ki, informasiya kirliliyi nəticəsində yaranan ilkin təəssüratlar yanlışdır, videodakı şəxslərin ümumiyyətlə Cəmil Həsənlinin ailə üzvü ilə əlaqəsi olmadığı, "tamaşa" olduğu versiyası yəqinlik qazanmaqdadır. Cəmil Həsənlənin ailə üzvü də bu barədə açıqlama verərək videodakı şəxslərin ona aidiyyatı olmadığını bildirib. Heç şübhəsiz, məsələyə cinayətin üstünün açılması və konkret təqsirkarların tapılıb cəzalandırılması nöqtə qoya bilər. Nəzərə alınmalıdır ki, bu məsələ artıq təkcə ayrı-ayrı fərdlərin yox, həm də dövlətin şərəf məsələsidir”.

Pənah Hüseynin sözlərinə görə, əgər məsələnin üstü açılacaqsa, hadisəni törədənlər cəzalanacaqsa və ictimaiyyətə məlumat veriləcəksə, dövlətə tənqidlər də o halda aradan qalxa bilər.

Ana səhifəSiyasətPənah Hüseyn: Prezidentə müraciət etdik ki, cinayətkarlar cəzalandırılsın