Səfər onun hazırlayacağı “Azərbaycanın Avropa Şurasındakı sədrliyi: İnsan hüquqlarının qorunması sahəsində nə kimi tədbirlər görülməlidir?” adlı hesabatla bağlıdır
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycan üzrə həmməruzəçisi Pedro Aqramunt aprelin 8-9-da Bakıya gələcək.
APA
-nın Avropa bürosunun xəbərinə görə, P. Aqramuntun səfəri qurumun İnsan haqları və hüquqi məsələlər üzrə Komitəsi adından hazırlayacağı “Azərbaycanın
Avropa Şurası
ndakı sədrliyi: İnsan hüquqlarının qorunması sahəsində nə kimi tədbirlər görülməlidir?” adlı hesabatla əlaqədardır.
Səfər ərzində P. Aqramuntun ədliyyə naziri, baş prokuror, Ali Məhkəmənin sədri,
Prezident Administrasiyası
nın rəhbərliyi və digər rəsmi şəxslərlə görüşləri nəzərdə tutulub.