Azərbaycan Dövlət Pedaqoji Universitetinin həyətində tələbələr etiraz aksiyası keçirilər.
Meydan TV xəbər verir ki, hadisə yerində olan gənclərin Qaynar.info saytına verdiyi məlumata görə, tələbələrin aksiya etmələrinə səbəb onlardan yazılı imtahan götürülməsidir. Bundan öncə tələbələr testlə imtahan versələr də, indi universitet rəhbrəliyi imtahanların yazılı olacağını bildirib. Tələbələr isə bir neçə dəfə bununla bağlı narazılıq etsələr də cavab ala bilməyiblər. Son olaraq isə gənclər çıxış yolunu universitetin həyətində aksiya etməkdə görüblər. Hazırda mindən çox tələbə aksiyaya qoşulub.