Paytaxtın əksər küçələrində tıxac yaranıb

Qarlı hava şəraiti fevralın 18-ə qədər davam edəcək

Source:


Qarlı hava şəraiti fevralın 18-ə qədər davam edəcək

Qarlı hava şəraiti Bakıda yerləşən məktəblərdə davamiyyətə kifayət qədər mənfi təsir edib. Mövcud durum daha çox qar yağan ərazilərdə yerləşən məktəblərdə özünü büruzə verir. Ancaq davamiyyətin aşağı düşməsinə baxmayaraq, məktəblərin bağlanması nəzərdə tutulmur

Bu barədə report.az-a Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov reporta danışıb.

Bakı Nəqliyyat Agentliyindən (BNA) APA-ya deyiblər ki, qarlı və şaxtalı hava şəraiti ilə əlaqədar paytaxtın əksər küçə və prospektində,  o cümlədən Heydər Əliyev, Ziya Bünyadov və Tbilisi prospektlərində, Həsən Əliyev, A. Bakıxanov, A.M. Şərifzadə, A. Salamzadə, H. Seyidzadə küçələrində, 20 Yanvar və Qələbə dairələrində nəqliyyat vasitələrinin sıxlığı müşahidə edilir.

foto sosial şəbəkə

Agentlik küçə və prospektlərdə yolun hərəkət hissəsinin qar və buzla örtüldüyündən səhər saatlarında sərnişin avtobuslarının hərəkətində də çətinliklər yarandığını diqqətə çatdırıb.

“Mövcud vəziyyətin aradan qaldırılması və yollarda hərəkətin fasiləsizliyini və təhlükəsizliyini təmin etmək məqsədi ilə müvafiq qurumlarla birgə iş aparır. Bir daha sürücülərə sükan arxasında ehtiyatlı olmalarını və meteoroloji amilləri nəzərə almalarını tövsiyə edirik”, – deyə BNA-dan bildiriblər.

 Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan müşahidə olunan qarlı hava şəraitinin fevralın 18-ə qədər davam edəcəyinin  deyiblər.

Hazırda havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında -2 dərəcəyədək şaxta təşkil edib.

Ana səhifəXəbərlərPaytaxtın əksər küçələrində tıxac yaranıb