Paytaxtda kütləvi intihar cəhdi (yenilənib)

FHN əməkdaşları intihara cəhd edəcəyini deyən şəxslərlə danışıqlar aparırlar

Source:


18.47. APA-nin məlumatına görə,

Azərbaycan prospekti, 1 a ünvanında yerləşən 12 mərtəbəli yaşayış binasının damına çıxan şəxslər Fövqəladə Hallar Nazirliyi əməkdaşlarının apardıqları danışıqlar nəticəsində fikirlərindən daşınıblar.

Aşağı düşürülən şəxslər tikinti şirkətlərindən birində fəhlə kimi çalışdıqlarını, gecikdirilən əmək haqlarını tələb etdiklərini deyiblər. Lakin onlar çalışdıqları tikinti şirkətinin adını bilmədiklərini söyləyiblər.

1987-ci il təvəllüdlü Məmmədov Ceyhun Fehruz oğlu, onun qardaşı, 1988-ci il təvəllüdlü Sərxan Məmmədov, 1988-ci il təvəllüdlü Bağırov Şamxal Məhərrəm oğlu, onun 1985-ci il təvəllüdlü qardaşı Vüqar Bağırov, 1986-cı il təvəllüdlü Əliyev Aqil İbrahim oğlu və 1995-ci il təvəllüdlü Salahov Həsrət Mustafa oğlu Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinə aparılıblar.


FHN əməkdaşları intihara cəhd edəcəyini deyən şəxslərlə danışıqlar aparırlar

Bakıda bir neçə nəfər Azərbaycan prospekti, 1 a ünvanında yerləşən 12 mərtəbəli yaşayış binasının damına çıxaraq intihar etmək istəyir.

Şahidlərin

APA

-ya verdiyi məlumata görə, Daxili İşlər Nazirliyinin yanında tikintisi başa çatmayan 15 mərtəbəli binanın damına çıxan 5 nəfər şəxs intihar edəcəyini bildirir.

Hadisə yerinə polis və Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasediciləri cəlb olunub. FHN əməkdaşları intihara cəhd edəcəyini deyən şəxslərlə danışıqlar aparırlar.

Səbail Rayon Polis İdarəsindən

APA

-ya faktl təsdiqləyiblər. Polisdən ərazidə təhlükəsizlik tədbirləri görüldüyü də açıqlanıb.

Ana səhifəXəbərlərPaytaxtda kütləvi intihar cəhdi (yenilənib)