Paytaxtda ictimai nəqliyyat bahalaşa bilər


Metroda gediş haqqları bahalaşacağı təqdirdə, digər ictimai nəqliyyat vasitələrində də qiymətlərə təsir edəcəyi gözlənilir.

Bakı Metropoliten İdarəsinin yeni rəhbərliyi metro keçidlərində köşkləri sökdükdən sonra gediş haqqlarının artırılmasının mümkünlüyü gündəmə gəldi. Hazırda metro ile 1 defelik gediş 20 qəpikdir və bu nəqliyyat vasitəsindən daha çox tələbələr və əhalinin kasıb təbəqəsi istifadə edir. Yeni qiymətlərin isə 50 qəpik ola cağı bildirilir. Lakin Bakı sakinləri metroda qiymətlərin yox, xidmətin keyfiyyətinin artırılmasını gözləyirdilər. Sorğu zamanı paytaxt sakinləri 50 qəpiyin onlar üçün çox baha olduğunu bildiriblər:

“Bu 50 qəpik çoxdur. Mən pensiyaçıyam. 20 qəpiklə gedə bilirəm.Tələbələri də nəzərə alsaq 50 qəpik onlara çoxdur. İslahatlar etmək istəyirlərsə yaxşı olar ki, orda olan xidmət yaxşı olsun, işləyənlər mülayim davransınlar. Qiymət qalxsa da heç bir şey dəyişməyəcək”.

“Harda nəsə baş verirsə onun hər bir işə təsir olmalıdır. Bazara da, cibə də. Bir qayda olaraq qiymətlərin qaldırılmasını heç kimdən soruşmurlar. Bunu izah edirlər iqtisadi göstəricilərlə. Bu və digər görülə bilən işlərin maya dəyərəi ilə. Camaatla xoş rəftar eləsilər. Bununla bir az ehtiyatlı olsunlar. Hər şey əhalinin sosial durumu, xərcləri ilə ölçülüb-biçilməlidir. Əvvəlcə öyrənilsin və sonra qiymətləri qaldırsınlar”- sakinlərdən biri belə deyir.

Digər bir sakin isə deyir ki, qiymətləri qaldırmazdan öncə əhalinin dolanşığı yaxşılaşdırılmalı, maaşlar artırılmalıdır:

“Metroda kasıb adamlar gedir. Onlar üçün də 50 qəpik çox bahadır. Çoxu tələbələr və yaşlı adamlardır. Bu iqtisadi baxımdan pisidr. Ola bilər ki 20 qəpik azdır.  Amma öncə maaşları qaldırsınlar ki, o 50 qəpik problem kimi görünməsin”.

Sakinlərin bir çoxu bu yeniliyi metro ərazisindəki ticarət obyektlərinin sökülməsindən sonra, Metropoliten rəhbərliyinin gəlirlərindəki kəskin azalmanı kompensasiya etməklə əlaqələndirir. İqtisadçı-ekspert Zöhrab İsmayıl isə deyir ki, Metropolitenə dövlət tərəfindən hər il  ayrılan vəsait bu qurumun bütün gəlirlərinə kifayət edir:

“Dövlət büdcəsindən 2014-cü ildə Bakı Metropoliteninə 36 milyon manat subsidiya verilib. Həmçinin 224 milyon manat da investisiya xərci verilib. Bu xərclərdən 36 milyon rabitə və nəqliyyat üzrə ayrlıb ki, bu da məhs qiymətlərin tənzimlənməsi üzrə nəzərdə tutulub. 2013-cü illə müqayisədə bu il subsidiya 7 milyon manat artırılıb. Metropolitenin hansısa gəlirləri azalıbsa, ticarət köklərindən gələn vəsait azalıbsa, bu hələ əvvəlcədən 2014-cü ilin büdcəsində bunun təzminatı nəzərdə tutulub. Yəni 7 milyon manat metronun subsidiyası artırılıb”.

Zöhrab İsmayıl deyir ki, Azərbaycan metro xidmətinə həm Regionda, həm də MDB məkanında ən çox vəsait xərcləyən ölkə kimi tanınır. Lakin burada əhaliyə göstərilən xidmət səviyyəsi metro qiymətləri yüksək olan başqa dövlətlərlə müqayisədə çox aşağıdır. Digər iqtisadçı-ekspert Natiq Cəfərli isə deyir ki, hazırda ölkədə işsizlərin sırasına bir də metroda əvvəllər çalışanlar da əlavə olunduğundan, bu artım əhalinin dolanşığına ciddi təsir edəcək:

“Metrodakı köşklərdə iki minə yaxın rəsmi insan çalıırdı. Bunların da hərəsinin ailəsini nəzərə alsaq, bu, metro ticarətindən təxminən 10 min insanın dolanması idi. Indi bu dolanşığın məhdudlaşması, o insanların işsiz qalması, təbii ki, o insanların dolanşığına daciddi təsir göstərəcək. Metro ticarəti ilə ailələrini dolandıran insanların ciddi çətinlikləri olacaq.  Bu isə sosial gərginliyin artımına gətirib çıxardacaq.

Məsələ ilə bağlı Metropolitenin mətbuat xidmətinin rəhbəri Nəzakət Tanrıverdiyeva isə bildirdi ki, o qiymət artımı ilə bağlı heç nə deyə bilməyəcək.


“Deyə bilmərəm gözlənilir, ya yox. Buranın strukturu var. Nizamnaməsi var. Sturuktur dəyişiklikləri var. Xeyli işlər görüləcək. Bu işlər hələ tam yekunlaşmayıb”.


Metropoliten Nəqliyyat Nazirliyinə tabe olmasa da, nazirliyin mətbuat xidmətinin rəhbəri Namiq Hüseynov bildirdi ki, nəinki metroda, digər ictimai nəqliyyatda da belə bir bahalaşma gözlənilmir:

“Nə Nəqliyyat Nazirliyi tərəfindən, nə də Tarif Şurasına müraciət olmayıb. O ki, qaldı Metropolitenlə əlaqələndirilməsinə, o ayrıca bir qurumdur. Ordakı işlərlə bağlı mən danışmaq səlahiyyətində deyiləm. Amma biz bu barədə mürciət etməmişik. Bu barədə də qərarı ancaq tarif Şurası qəbul edə bilər. Çox yazılır, deyilir, amma bu o demək deyil ki qiymətlər artacaq. Yaxın vaxtlarda qiymətlərin artırılması ilə bağlı müraciətlərin edilməsi də gözlənilmir”.


Qiymət artımı ilə bağlı Tarif Şurası ilə dəfələrlə əlaqə saxlamağa çalışsaq da, quruma etdiyimiz telefon zənglərini cavablayan olmadı.

Ana səhifəVideoPaytaxtda ictimai nəqliyyat bahalaşa bilər