Azdrama

Mənbə: meydan tv

Başlıq: Azdrama

Paytaxt teatrlarında bu ay hansı tamaşalar olacaq?

Məqalə yeniləndi:  3 Oktyabr 2019

Teatr repertuarları

Bu ay Bakı teatrlarında bir sıra maraqlı tamaşaları izləmək mümkün olacaq.

Teatra maraq göstərənlər oktyabrın 5-də Gənc Tamaşaçılar Teatrında Məhəmməd Füzulinin “Leyli və Məcnun” poeması əsasında hazırlanmış eyniadlı tamaşaya baxa bilərlər.

Akademik Opera və Balet Tearında isə oktyabrın 8-də Fikrət Əmirovun “Min bir gecə” balet-tamaşası təqdim olunacaq.

Nikolay Qoqolun “Müfəttiş”i bu gün də aktual olduğu üçün Akademik Milli Dram Teatrı əsərə təkrar müraciət edib. Tamaşanın nümayişi oktyabrın 10-dadır.

Oktyabrın 15-də Akademik Opera və Balet Tearında İmadəddin Nəsiminin həyatından bəhs edən “Nəsimi” balet-tamaşası təqdim olunacaq. Baletdə Fikrət Əmirovun musiqilərindən istifadə olunub.

Gənc Tamaşaçılar Teatrında Hüseyn Cavidin “Şeyx Sənan” pyesi əsasında hazırlanan eyniadlı tamaşa təqdim olunacaq. Pyesdə iki millətin nümayəndələri arasında baş verən hadisələr yer alır. Tamaşa oktyabrın 19-da nümayiş olunacaq.

Elə həmin gün YUĞ Teatrında Nobel mükafatı laureatı Orxan Pamukun məşhur “Mənim adım qırmızı” romanının motivləri əsasında hazırlanan “Mən ağacam” tamaşası nümayiş olunacaq.

Oktyabrın 26-da teatrda cəmi dörd nəfər aktyorun iştirak etdiyi “Lənət” tamaşası təqdim ediləcək.

Oktyabrın 31-də tamaşaçıların “Azdrama”nın səhnəsində “On ikinci gecə və yaxud hər nə istəsəniz” tamaşasını izləmək şansı olacaq.

Teatrların ümumi repertuarını təqdim edirik:

Akademik Rus Dram Teatrı

4 oktyabr – “Yeddi gözəl”

5 oktyabr – “Əli və Nino”

6 oktyabr – “Evlənmə”

13 oktyabr – “Vanya dayı”

18 oktyabr – “Maqbet”;

20 oktyabr – “Kişi, qadın, pəncərə… məşuq”

25 oktyabr – “Qürur və qərəz”

26 oktyabr – “Müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəli şah cadukuni-məşhur”

27 oktyabr – “Yuxularımdan kənar ol”

YUG Teatrı

5 oktyabr - A.Klim “Medeya Sekvensiya-001”

6 oktyabr - H.İbsen “Vəsvəsə”

19 oktyabr - O.Pamukun əsərləri əsasında “Mən ağacam”

20 oktyabr- R.Akutaqava “Müəmmalı bir qətlin üç versiyası”

26 oktyabr - V.Şekspir “Lənət”

27 oktyabr- T.Vahid “Quş dili”

Tamaşaların nümayiş saatı 19:00-dır.

Gənc Tamaşaçılar Teatrı

4 oktyabr -P.Züskind “Kontrabas” (kiçik səhnə)

5 oktyabr- A.S.Puşkin “Qızıl balıq” (ilk tamaşa)

5 oktyabr - M.Füzuli “Leyli və Məcnun”

19 oktyabr - “Şeyx Sənan”

Akademik Milli Dram Teatrı

5 oktyabr -Y.Polyakov “Sinif yoldaşları”

10 oktyabr-N.Qoqol “Müfəttiş”

11 oktyabr- C.Məmmədquluzadə “Ölülər”

12 oktyabr - Ə.Əmirli “Ah bu uzun sevda yolu”

13 oktyabr -C.Məmmədquluzadə “Anamın kitabı”

13 oktyabr -C.Cabbarlı “Almaz”

18 oktyabr- Ç.Aytmatov “Manqurt” (kiçik səhnə)

20 oktyabr-A.Tolstoy “Buratino axmaqlar ölkəsində”

20 oktyabr -İ.Əfəndiyev “Mənim günahım”

25 oktyabr -İ.Əfəndiyev “Boy çiçəyi”

31 oktyabr –V.Şekspir “On ikinci gecə və yaxud hər nə istəsəniz”

Akademik Opera və Balet Teatrı

6 oktyabr -Müslüm Maqomayev “ŞAH İsmayıl” (3 pərdəli opera)

8 oktyabr - Fikrət Əmirov “Min bir gecə” (2 pərdəli balet)

12 oktyabr- Nikolay Rimski-Korsakov “Şəhrizad”(1 pərdəli balet)

12 oktyabr -Moris Ravel “Bolero” (1 pərdəli balet)

13 oktyabr -Üzeyir Hacıbəyli “Arşın mal alan”

15 oktyabr- Fikrət Əmirov “Nəsimi” (1 pərdəli balet)

16 oktyabr- Zülfüqar Hacıbəyov “Aşıq Qərib” (3 pərdəli opera)

19 oktyabr - Cakomo Puççini “İl Tabarro” (1 pərdəli opera)

20 oktyabr - Astor Pyatsolla “Məhəbbət tanqosu” (1 pərdəli balet)

23 oktyabr - Cüzeppe Verdi “Trubadur” (4 pərdəli opera)

27 oktyabr - Fikrət Əmirov «Sevil” (3 pərdəli opera)

30 oktyabr -Pyotr Çaykovski “Romeo və Cülyetta” (1 pərdəli balet)

30 oktyabr - Jorj Bize-Rodion Şedrin “Karmen-süita” (1 pərdəli balet)

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Məqalə yeniləndi:  3 Oktyabr 2019
Bölmələr:  
qısa linklər:   http://mtv.re/bh57n0

Ən çox baxılan