”Pasha Holding”in şirkətlərinin kapitalı artıb

“Pasha Development” MMC-nin kapitalı 291 mln 273,9 min manata çatıb

Source:
Pasha Holding
Pasha Holding

“Pasha Development” MMC-nin kapitalı 291 mln 273,9 min manata çatıb

“Pasha Development” MMC və “Absheron Hotel Group” MMC-nin nizamnamə kapitalı 5 mln manat artırılıb.

Kommersiya Hüquqi Şəxslərin Dövlət Reyestrinin məlumatına görə, 5 mln manat artımdan sonra “Pasha Development” MMC-nin kapitalı 291 mln 273,9 min manata çatıb. İlkin olaraq (iyun 2012-ci il) şirkətin kapitalına 16 mln manat qoyulmuşdu.

“Absheron Hotel Group” MMC-nin kapitalı 36,5 mln manata çatıb.

“Turan” İA-nin məlumatına görə, hər iki şirkətdə “Pasha Holding” 100 faiz paya malikdir. Bir qayda olaraq, “Pasha Holding” MMC törəmə şirkətlərində kapital artımının mənbəyini açıqlamır.

Bundan başqa, holdinq vaxtaşırı şirkətlərinin kapitalına yenidən baxır, bunu digər məşhur holdinq qrupları haqda demək olmaz.

“Pasha Development” MMC Azərbaycanda və xaricdə daşınmaz əmlak əldə etmək və idarə etməklə məşğuldur. Bu daşınmaz əmlakın siyahısı açıqlanmır.

“Absheron Hotel Group” MMC bu otellərdən ibarət daşınmaz əmlak portfelinə nəzarət edir: “Park Chalet”, “Pik Palace Shahdag”, “Boulevard Hotel Baku”, “Intourist”, “Dinamo Hotel Baku” və “Samaxi Palace Sharadil”.

Ana səhifəXəbərlər”Pasha Holding”in şirkətlərinin kapitalı artıb