Qeyri-rəsmi məlumatlara görə, F.Axundov təhsil naziri Mikayıl Cabbarovun qohumudur
Fərid Axundov Azərbaycan Beynəlxalq Bankının yeni sədri təyin edilib. O, bu postda ötən həftə “səhhətilə əlaqədar” istefa verən Cahangir Hacıyevi əvəz edib.
F.Axundovun indiyədək rəhbərlik etdiyi PASHA Bank-dan onun ABB-yə sədr təyin olunması barədə məlumatı təsdiqləyiblər.
44 yaşlı F.Axundov Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun (indiki İqtisad Universiteti) məzunudur. 1995-ci ildə Salford Universitetinin (Mançester, Böyük Britaniya) magistr dərəcəsini alıb.
1996-2003-cü illərdə British Bank of the Middle East Bakı şöbəsində rəhbər vəzifələrdə çalışıb.
2005-ci ilədək “Bank Standard” QSC-nin Direktorlar Şurasının sədri olub.
2005-07-ci illərdə “FTF” MMC-nin baş direktoru olub.
2007-ci ildən hakim ailəyə bağlı PASHA holdinqin idarəçiliyinə daxil olan PASHA bank investisiya bankının İdarə Heyətinin sədri olub.
F.Axundovun Azərbaycanın ən iri bankına rəhbər təyin edilməsi ABB-nin PASHA holdinqin nəzarətinə keçməsi prosesinin başlanmasını güman etməyə əsas verir.
Qeyri-rəsmi məlumatlara görə, F.Axundov təhsil naziri Mikayıl Cabbarovun qohumudur. (TURAN İA)