Partlayışda zərərçəkənlərə müavinətlər veriləcək, dəfn xərcləri ödəniləcək

Nazir bu gün hadisə nəticəsində dünyasını dəyişən zavodun iki əməkdaşının dəfn mərasimində iştirak edib

Source:


Nazir bu gün hadisə nəticəsində dünyasını dəyişən zavodun iki əməkdaşının dəfn mərasimində iştirak edib

Müdafiə sənayesi naziri Yavər Camalov Şirvan “Araz” zavodunda baş vermiş hadisə nəticəsində xəsarət alan, Şirvan Şəhər Mərkəzi Xəstəxanasına və Diaqnostika Mərkəzinə yerləşdirilən yaralıları ötən gün ziyarət etdi və səhhətləri ilə maraqlandı.

Bu barədə Trend-ə nazirlikdən məlumat verilib.

Nazir bu gün hadisə nəticəsində dünyasını dəyişən zavodun iki əməkdaşının dəfn mərasimində iştirak etdi.

Yavər Camalovun tapşırığına əsasən zərərçəkənlərə və onların yaxınlarına qanunvericilikdə nəzərdə tutulan müavinətlərlə yanaşı dəfn mərasiminin bütün xərcləri və digər zəruri xərclər müəssisə tərəfindən ödənilir.

İyulun 26-da Şirvanda yerləşən “Araz” zavodunda partlayış baş verib. Partlayış zamanı yüksək gərginlikli dayaqlar yanıb tökülüb, 3 nəfər ölüb, çoxlu sayda işçi yaralanıb. Hadisə zamanı zavodda olan işçilərin bir qismi “Qarasu Oil” şirkətinin anbarları yerləşən əraziyə, bir qismi isə yaxınlıqdakı qayalıqlara tərəf qaçmaqla canını qurtara bilib.

Ana səhifəXəbərlərPartlayışda zərərçəkənlərə müavinətlər veriləcək, dəfn xərcləri ödəniləcək