Partiya rəsmi Bakını seçki repressiyasına strat verməkdə ittiham edir

Müsavat Partiyası partiyanın Məclis üzvü Saday Hacılının həbsilə bağlı bəyanat yayıb

Source:

Müsavat Partiyası partiyanın Məclis üzvü Saday Hacılının həbsilə bağlı bəyanat yayıb.

Müəlliflər Saday Hacılının avqustun 27-də səhər saatlarında Şirvan şəhər Polis İdarəsinə aparıldığını bildirir: “İdarədə heç bir əsas göstərilmədən Saday Hacılıya “polisə tabe olmamaq” ittihamı irəli sürülüb. Vəkilllə təmin edilmədən, ailəsi və yaxınları məlumatlandırılmadan aparıldığı məhkəmə S.Hacılı barəsində 20 sutkalıq inzibati həbs cəzası qərarı verib”.

Bildirilir ki, S.Hacılı partiyanın Şirvan rayon təşkilatının rəhbərliyində təmsil olunur, eyni zamanda təcrübəli seçki mütəxəssisidir. S.Hacılının parlament seçkiləri ərəfəsində uydurma ittihamla həbs edilməsini müəlliflər rejimin seçki repressiyasına start verməsinin açıq nümayişi kimi dəyərləndirirlər.

Bəyanat müəllifləri rəsmi Bakıdan müxalifət təmsiçilərinə qarşı təqib və təzyiqlərə son qoymağı, S.Hacılı və eləcə də bütün siyasi məhbusları dərhal azad etməyi tələb edirlər. (“Turan” İA)

Ana səhifəXəbərlərPartiya rəsmi Bakını seçki repressiyasına strat verməkdə ittiham edir