Parlamentin komitə sədri: Azərbaycanda donor çatışmazlığı var

“Bu sahədə reyest sistemi yaradılmalıdır”

Source:
Əhliman Əmiraslanov
Əhliman Əmiraslanov


“Bu sahədə reyest sistemi yaradılmalıdır”

“İnsan orqan və toxumalarının transplantasiyasının yalnız tibbi deyil, hüquqi və mənəvi problemləri var. Bu məsələyə düzgün yanaşılmadıqda problemlər qalacaq. Bu sahə inkişaf etdirilməlidir. Azərbaycanda orqan transplantasiyasını həyata keçirən bir neçə klinika fəaliyyət göstərir. Amma hesab edirəm ki, aparılan əməliyyatların sayı yetərli deyil”.

Report xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin təşkil etdiyi “İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında” qanunun təkmilləşdirilməsinə dair dinləmələrdə komitə sədri, akademik Əhliman Əmiraslanov

deyib.

Onun sözlərinə görə, bu sahədə olan problemlərdən biri orqan qıtlığı, donor çatışmazlığıdır.

“Hesab edirəm ki, bu sahədə reyester sistemi yaradılmalıdır. Bu, çox vacib məsələdir. Orqan transplantasiyasına ehtiyacı olanlar üçün məlumat bazası rolunu oynaya bilər. Bundan başqa, beyin ölümünü təsdiqləyən mərkəzin də yaradılması vacibdir”.

Adıçəkilən komitənin sədr müavini Musa Quliyev də öz növbəsində insan orqan və (və ya) toxumalarının transplantasiyası ilə bağlı reyesterin yaradılmasının vacibliyini vurğulayıb:

“Milli koordinasiya mərkəzi yaradılmalıdır. Yəni kimə, nə zaman orqanlar köçürülməlidir, müzakirə olunmalıdır. Qanunda müəyyən müddəalar yazıla bilər, amma cəmiyyət qəbul etməyəcəksə, bunun əhəmiyyəti olmayacaq. Kimsəsiz şəxslər vəfat etdikdən sonra orqanlarının götürülməsi məsələsi müzakirə olunmalıdır. Vacib məsələlərdən biri də konfidensiallığın qorunmasıdır. Bəzi insanlar istəmir ki, bu, açıqlasın. Bəzən olur ki, hansısa insan orqanını kiməsə verir, sonra həmin insanın orqanlarında problemlər yaranırsa, ona müəyyən güzəştlər tanınmalıdır”.

Ana səhifəXəbərlərParlamentin komitə sədri: Azərbaycanda donor çatışmazlığı var