Parlamentdə sosial partlayış xəbərdarlığı

Əli Məsimli: ”Niyə görə manatın mövqeyinin möhkəmlənməsi fonunda qiymət artımı olmalıdır?”

Source:


Əli Məsimli: ”Niyə görə manatın mövqeyinin möhkəmlənməsi fonunda qiymət artımı olmalıdır?”

“Ərzaq məhsullarının qiymətinin gündən-günə qalxması absurddur və başa düşülən deyil”.

Bunu Milli Məclisin plenar iclasında deputat Əli Məsimli deyib. O, dekabrdan etibarən manatın dollara nisbətdə bahalaşmasına baxmayaraq, qiymətlərin ucuzlaşmamasına etiraz edib və bunu süni qiymət artımı kimi qiymətləndirib:

“Bu məsələdə işbazları və monopolistləri ifşa etmək lazımdır Qiymətin qalxması Azərbaycan dövlətinin qarşıya qoyduğu hədəfə ziddir. Manat bahalaşsa da, yağın, şəkərin, qəndin, ətin qiyməti ucuzlaşmır, əksinə qalxır. Manat ucuzlaşıb, dollar bahalaşanda işbazlar bəhanə gətirirdilər ki, bu, onlara ciddi zərbədir, ona görə də qiymət artımına gedirlər. Bəs indi nə baş verir? Bu məsələyə ciddi müdaxilə edilməli, təcili tədbirlər görülməlidir”.

Deputat əlavə edib ki,  yumurtadan başqa digər bütün istehlak məhsullarının qiymətində artım müşahidə olunur ki, bu da əhalidə narazılıq yaradır. O, aidiyyatı qurumlar məsələyə diqqət yetirib belə halların qarşısını almağa çağırıb.

“Axı niyə görə manatın mövqeyinin möhkəmlənməsi fonunda qiymət artımı olmalıdır? Bu işbazlar vətəndaşın pensiyasının və əməkhaqqısının müəyyən dərəcədə artdığını bilərək,  qiymət qaldırmaqla onların əlindən gəlirlərini alır. Buna yol vermək olamz. Əgər aidiyyatı qurumlar müdrikcəsinə bu prosesə susaraq, hansısa addımlar atmırlarsa, deməli, onlarla bu məsuliyyəti bölüşür. Həmin işbazların əməllərinin iştirakçısına çevrilmiş olurlar”..

 Deputat Fərəc Quliyev də çıxışında həmkarını dəstəkləyib, bunun sosial partlayışa gətirib çıxara biləcəyini bildirib.

Ana səhifəXəbərlərParlamentdə sosial partlayış xəbərdarlığı