İlham Əliyev

Mənbə: Foto: arxiv

Başlıq: İlham Əliyev

Parlament seçkilərinin vaxtı məlum oldu

Milli Məclisə növbədənkənar seçkilər 2020-ci il fevralın 9-da keçiriləcək

Prezident İlham Əliyev dekabrın 5-də V çağırış Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi haqqında Sərəncam imzalayıb.

Məlumatı “Azərtac” yayıb.

Sərəncama əsasən V çağırış Milli Məclisi buraxılıb, Milli Məclisə növbədənkənar seçkilər 2020-ci il fevralın 9-na təyin edilib.

Növbədənkənar seçkilərə dövlət büdcəsindən 52 milyon manat vəsaitin ayrılacağı bildirilir.

Milli Məclisdə çoxluq təşkil edən hakim Yeni Azərbaycan Partiyasının deputatları dekabrın 2-də parlamentin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi ilə bağlı Prezident İlham Əliyevə müraciət ediblər.

Dekabrın 4-də Konstitusiya Məhkəməsi prezidentin müraciətinə müsbət cavab verib.

Azərbaycanda sonuncu parlament seçkiləri 2015-ci ildə keçirilib. Rəsmi məlumata görə, hakim Yeni Azərbaycan Partiyası 125 yerdən 71-ni qazanıb, sonrakı yerləri VHP, BAXCP, AVP, MDHP, ADİP, BQP, VBP, ASDP, ASRP və ADMP qazanıblar.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/vnfhs7

Ən çox baxılan