Bankın Sumqayıtda filialdankənar bölməsi aşkarlanıb
Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) “Parabank” ASC-nin Sumqayıt filialının nəzdində filialdankənar ərazidə müvafiq icazəsi olmadan fəaliyyət göstərən və bank xidmətləri ilə məşğul olan struktur bölmə aşkar edib.
“Turan”-ın məlumatına görə, bununla əlaqədar MBNP Direktorlar Şurası “Parabank” ASC-nin Sumqayıt filialına bank fəaliyyətini həyata keçirməyə verilmiş icazənin ləğv edilməsi, 1 il müddətində “Parabank” ASC tərəfindən filial və şöbələrin açılmasının dayandırılması və Sumqayıt filialının inzibatçılarının tutduğu vəzifələrindən kənarlaşdırılması barədə qərar qəbul edib.
“ParaBank” ASC 1991-ci ildən fəaiyyət göstərir və banka nəzarəti Quliyevlər ailəsi həyata keçirir. Bankın 16 filialı fəaliyyət göstərir. Bunlardan 8-i reqionlarda yerləşir.
“ParaBank” 2015-ci ili kiçik zərərlə başa vurub.