Pambıq tarlalarında kütləvi zəhərlənmələrlə bağlı həbs edilənlər var

Baş Prokurorluq cinayət işinin açıldığını bildirib

Source:
Respublika Prokurorluğu
Respublika Prokurorluğu
Respublika Prokurorluğu
Respublika Prokurorluğu


Baş Prokurorluq cinayət işinin açıldığını bildirib

Azərbaycan Respublikasının Baş Prokurorluğu, Kənd Təsərrüfatı və Səhiyyə nazirliklərinin, Qida Təhlükəsizliyi Agentliyinin mətbuat xidmətləri son zamanlar pambıq tarlalarında kütləvi zəhərlənmə halları ilə bağlı birgə

məlumat

yayıb.

Məlumatda qeyd olunub ki, yüksək məhsuldarlığa nail olunması üçün zəruri olan, bitki xəstəlikləri və ziyanvericilərinə qarşı mübarizə sahəsində mövcud normativ aktların, o cümlədən “Fitosanitar nəzarəti haqqında” Azərbaycan Respublikasının Qanununun, “Pestisidlərdən istifadə zamanı texniki təhlükəsizlik qaydaları”nın tələbləri pozulub. Pambıq istehsalı ilə məşğul olan şirkətlər və onların yerli aqronomları və digər məsul şəxslər müvafiq təlimatlara vaxtında əməl etməyərək, tarlada çalışan işçilərlə zəruri təlimatlandırma işləri aparmamış, vətəndaşlar dərmanlanmış sahələrdə, eləcə də qonşu ərazilərdə kimyəvi maddələrin təsiretmə müddətləri gözlənilmədən işə cəlb olunmuşdur.

Bildirlib ki, iyunun 10-da Saatlı rayonunun Simada kəndi ərazisində fermer Lətif Xəlidova məxsus olan pambıq tarlasından, iyunun 16-da Tərtər rayonunun Seydimli kəndi ərazisində fermer Rasim Həsənovun istifadəsində olan torpaq sahəsindən, iyunun 19-da İmişli rayonu ərazisində “MKT İK” Məhdud Məsuliyyətli Cəmiyyətinin İmişli filialına məxsus əkin sahələrindən, iyunun 20-də Tərtər rayonunun Xoruzlu kəndi ərazisində fermer Tural Nəbiyevə məxsus torpaq sahəsindən bir qrup şəxs zəhərlənmə diaqnozu ilə müalicə müəssisələrinə daxil olub.

Qeyd olunan faktlar üzrə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində 2018-ci il 10 iyun tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 249.2 (bitki xəstəliklərinə və ziyanvericilərə qarşı müəyyən edilmiş mübarizə qaydalarının pozulması ehtiyatsızlıqdan ağır nəticələrə səbəb olduqda) və 314.2-ci (səhlənkarlıq, yəni vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanıb.

Məlumatda Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəisi Camal Quliyevin iyunun 20-də vəzifəsindən azad olunduğu bildirilib.

“Xidməti vəzifələrinin icrası zamanı pestisidlərin dövriyyəyə buraxılmasına dair reqlament və təlimatın tələblərini, eləcə də dərmanlanma işlərinin görülməsi zamanı texniki təhlükəsizlik qaydalarını pozmaqda təqsirləndirilən “MKT İK” Məhdud Məsuliyyətli Cəmiyyətin Saatlı filialının icraçı direktoru Çingiz Gözəlov və baş aqronomu Gülməmməd Küçiyev, həmin Cəmiyyətin İmişli rayon filialının direktoru Maarif Quliyev və baş aqronomu Surxay Məmmədov, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin İmişli rayon Bitki Mühafizəsi Mərkəzinin rəisi Qəhrəman Qəhrəmanov barəsində 2018-ci il 21 iyun tarixdə həmin şəxslərə Cinayət Məcəlləsinin 222.3 (tikinti, mədən işlərinin və sair işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozma digər ağır nəticələrə səbəb olduqda) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan olunaraq, barələrində həbs qətimkan tədbiri seçilib”.


Son iki həftə

ərzində bir neçə rayonda pambıq sahəsində kütləvi zəhərlənmə halları olub.

Bunlardan biri İmişlinin

Aranlı kəndi

ndə baş verib. Pambıq tarlasında 60 nəfərədək adam olub. Xəstəxanada 24 xəstə saxlayıblar, qalanlarını evə buraxıblar.

İyunun 20-də iyirmidən çox şəxs Yevlax Şəhər Xəsətxanasına müraciət edib. Onların Tərtər rayonunun Xoruzlu kəndindəki pambıq tarlasında çalışdıqları deyilirdi.

İyunun 19-da da İmişli rayonundakı pambıq sahələrinin birində günəmuzd işləyənlər zəhərlənmə ilə bağlı kütləvi şəkildə xəstəxanaya üz tutmuşdular. Xəstəxanadan verilən məlumata görə, onlara müraciət edənlərin sayı 140 nəfəri keçmişdi. Sonrakı günlərdə də müraciətlər davam edib.

Bu iki hadisədən əvvəl, iyunun 10-da da Saatlı rayonunun Simadakənd kəndi ərazisində 24 nəfər, iyunun 17-də isə Tərtər rayonunun Seydimli kəndində 14 nəfər xəstəxanaya gətirilmişdi.

Ana səhifəXəbərlərPambıq tarlalarında kütləvi zəhərlənmələrlə bağlı həbs edilənlər var