PA rəsmisi: Azərbaycandakı inkişaf prosesləri Konstitusiyaya dəyişiklikləri labüd edir

Şahin Əliyev bildirib ki, Azərbaycan Konstitusiyasına edilən son dəyişikliklərdən 7 il ötür

Source:
Şahin Əliyev
Şahin Əliyev


Şahin Əliyev bildirib ki, Azərbaycan Konstitusiyasına edilən son dəyişikliklərdən 7 il ötür

Azərbaycandakı inkişaf prosesləri Konstitusiyaya dəyişiklikləri labüd edir.

Trend-in məlumatına görə, bunu Konstitusiya Məhkəməsi Plenumunun iclasında Azərbaycan Prezidenti Administrasiyasının (PA) Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdiri Şahin Əliyev deyib.

Ş.Əliyev Konstitusiyaya təklif edilən dəyişikliklər haqqında məlumat verib. O bildirib ki, Azərbaycan Konstitusiyasına edilən son dəyişikliklərdən 7 il ötür.

PA rəsmisi qeyd edib ki, ötən 7 il ərzində Azərbaycanda xeyli inkişaf prosesləri baş verib və bu inkişaf Konstitusiyaya dəyişiklikləri labüd edir.

İyulun 18-də Azərbaycan Respublikası Prezidenti tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının 153-cü maddəsi rəhbər tutularaq, “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktının layihəsi Konstitusiya Məhkəməsinə rəy verilməsi üçün təqdim edilmişdi.

Konstitusiya Məhkəməsinə göndərilən Referendum Aktı layihəsində Azərbaycanda birinci vitse-prezident və vitse-prezident postlarının yaradılması, prezidentin səlahiyyət müddətinin 5 ildən 7 ilə artırılması, prezidentə Milli Məclisi buraxmaq və növbədənkənar prezident seçkilərinin elan edilməsi səlahiyyətinin verilməsi, prezident seçkilərində yaş məhdudiyyətinin aradan qaldırılması, parlament seçkilərində iştirak üçün yaş həddinin 25-dən 18-ə endirilməsi nəzərdə tutulur.

Ana səhifəXəbərlərPA rəsmisi: Azərbaycandakı inkişaf prosesləri Konstitusiyaya dəyişiklikləri labüd edir