Özünü yandıran şəxsin 165 min borcu varmış

”Əvvəl ayda 1800 verirdi, devalvasiyadan sonra 4 min oldu”

Source:


”Əvvəl ayda 1800 verirdi, devalvasiyadan sonra 4 min oldu”

“Bank Respublika”nın qarşısında özünü yandıran Ramiz Manafovun banka 165 min manat borcu varmış. Bu barədə Meydan TV əməkdaşı ilə söhbəti zamanı onun qohumları bildirib:

“Ümumi 165 min manat borcu var idi. Krediti dollarla götürmüşdü, sonradan çevirib manat elədilər. Əvvəl ayda 1800 verirdi, devalvasiyadan sonra 4 min oldu. Ümumi borcun 40 minini verib bitirmişdi ki, yenidən devalvasiya oldu. Hesabladılar ki, borcu yenə qalxıb kəllə-çarxa”.

Qohumları Ramiz Manafovun qızıl alveri ilə məşğul olduğunu deyirlər. Elə krediti də ona görə götürüb, amma müflis olub:

“Axır vaxtlar borcunu ödəyə bilmirdi. Hər şeyi çıxdı əlindən.  Bundan sonra da borcunu ödəyə bilmədi. Qaldı çarəsiz, pis vəziyyətə. Sonunda da belə bir şey etdi”.

Mayın 24-də Ramiz Manafov adlı şəxs özünü borclu olduğu “Bank Respublika”nın qarşısında yandırıb. O, 5 saylı Kliniki Xəstəxananın yanıq şöbəsinə yerləşdirilib. Xəstəxanadan vəziyyətinin ağır olduğu bildirilib.

Məsələ ilə bağlı “Bank Respublika”dan münasibət almaq mümkün olmayıb. Bankın mərkəzi ofisindən gün ərzində açıqlama verəcəklərini deyiblər.

Ana səhifəXəbərlərÖzünü yandıran şəxsin 165 min borcu varmış