Özünü yandıran Qarabağ qazisi dünyasını dəyişdi (VİDEO)

Mayın 19-da, axşam saatlarında Cəlilabad rayonu Polis İdarəsinin qarşısında Qarabağ müharibəsi və 20 yanvar iştirakçısı Mirtahir Miradil oğlu Mürsəlov özünü yandırıb.

Ailə üzvlərinin Meydan TV-yə bildirdiyinə görə, qardaşı və dostu müharibə veteranını naməlum yerdə döyüblər. Hadisədən sonra qazi polis bölməsinə ərizə ilə müraciət etsə də,bölmədə ərizəni qəbul etməyiblər. Qazi isə buna etiraz edərək, özünü bölmənin qarşısında yandırıb.

Mayın 20-də, səhər saatlarında qazi Bakıya çatdırılıb, 5 saylı xəstəxananın yanıq şöbəsinə yerləşdirilib.

Meydan TV çəkiliş üçün xəstəxanaya getsə də, ailəsi kamera önündə danışmaq istəməyib, xəstəxanada çəkilişə icazə verilməyib. Ancaq həkimin fikirlərini lentə almaq mümkün olub. Həkim qazinin vəziyyətinin ağır olduğunu, yaşama şansının olmadığını bildirib.

Günün ikinci yarısı Mirtahir Mürsəlov dünyasını dəyişib.

Ana səhifəVideoÖzünü yandıran Qarabağ qazisi dünyasını dəyişdi (VİDEO)