Özünü partlatmaq istəyən terrorçu öldürülüb

Emin Cami müqavimət göstərərək üzərində olan ”şəhid kəməri”ni partlatmağa cəhd edib

Source:


Emin Cami müqavimət göstərərək üzərində olan ”şəhid kəməri”ni partlatmağa cəhd edib

Dövlət Təhlükəsizliyi Xidmətinin həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, 1978-cı il təvəllüdlü, Azərbaycan vətəndaşı, 2007-ci ildə zərərsizləşdirilmiş “Əbu Cəfər” ləqəbli Naif əl-Bədəvinin rəhbərlik etdiyi terrorçu təşkilatın tərkibində fəaliyyət göstərdiyinə görə məhkum olunmuş Cami Emin Əzizağa oğlu xüsusi əməliyyat nəticəsində öldürülüb.

Adı çəkilən şəxsin cari ilin əvvəlində azadlığa çıxdıqdan sonra yenidən ölkə hüdudlarından kənarda aparılan silahlı münaqişələrdə iştirak edən qanunsuz silahlı birləşmələrin və beynəlxalq terrorçu təşkilatların nümayəndələrinin tabeçiliyini qəbul edərək əlaqəli fəaliyyət göstərməsinə, habelə ölkə ərazisində odlu silahdan və partlayıcı qurğulardan istifadə etməklə terror-təxribat törədilməsini planlaşdırmasına əsaslı şübhələr müəyyən edilib.

DTX-nin İctimai əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, bununla əlaqədar, dekabrın 3-də terrorçu Emin Caminin saxlanılması üzrə əməliyyat tədbiri həyata keçirilərkən, sonuncu müqavimət göstərərək üzərində olan “şəhid kəməri”ni partlatmağa cəhd edib, cavab tədbiri olaraq xüsusi əməliyyat qrupu tərəfindən öldürülüb.

Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Ana səhifəXəbərlərÖzünü partlatmaq istəyən terrorçu öldürülüb