Yanvarın 23-də Azad LGBT təşkilatının ötən gün intihar edən sədri İsa Şahmarlının dəfn mərasimi keçirilib. Mərasimdə iştirak etmək istəyən dostlarına, yaxınlarına İsanın qohumları maneə törədiblər. Onlar maşınlarla yolu kəsərək dəfndə iştirak etmək istəyənləri əraziyə buraxmayıblar.