”Özümü körpüdən atacam” (VİDEO)

“Mən 2007-ci ilin iyulundan İsmayıllı rayonunda yerləşən “Azər Passillo” MMC-də fəhlə kimi işləməyə başlamışdım. Şirkətin fəal işçilərindən olduğuma görə 2007-ci ilin dekabr ayında Kürdəmir şəhərində şəhəriçi yolların tökülməsi və təmiri üçün işləməyə aparmışdılar.

24 may 2008-ci il tarixdə, gecə 8 radələrindən sonra yolsökən maşına minib, digər ərazidəki təmirə ehtiyacı olan yol hissəsini düzəltməyə getmək istəyirdim. “Azər Passillo” MMC-nin direktoru, İran İslam Respublikasının vətəndaşı olan İsmayıl Nurinin yaxun qohumu Eyyub məni maşına minərkən itələyərək bildirdi ki, bu, fəhlə maşını deyil, dəzgah maşınıdır. Bu zaman kabinədən əlim qopdu, hərəkət edən texnikanın  təkəri ilə texnikaya aid olan dəmirlərin arasına düşdüm”.

Bu sözləri Laçın rayon Qorçu kəndindən  məcburi köçkün olan Elxan Müsabi oğlu Ələkbərov prezident İlham Əliyevə ünvanladığı məktubunda yazır. Elxan Ələkbərov hazırda İsmayıllı rayonunun Tircan kəndində müvəqqəti məskunlaşıb.

“Həkimlər vəziyyətimi görüb xəstəxanaya götürmədilər”

Prezidentə ünvanladığı məktubun surətini Meydan TV-yə də göndərən məcburi köçkün deyir ki, yolsökən texnikaya minməyə məcbur imiş. Buna səbəb çalışacaqları sahənin uzaqlığı və şirkətin fəhlələri daşımaq üçün maşın ayırmaması olub: “Texnikanın altına düşərək, sağ qıçımın buddan yuxarı cırıldığını, didildiyini və qırıldığını görən iş yoldaşlarım məni Kürdəmir rayon Xəstəxanasına apardılar. Vəziyyətimin pis olduğunu görən həkimlər məni xəstəxanaya qəbul etmədilər. Bunu görən iş yoldaşlarım məni Bakı şəhər M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzə gətirdilər. Burada mənim sağ budumu yuxarı 1/3-dən açıq amputasiya etdilər. Beləliklə, İsmayıl Nurinin yaxun qohumunun əməli sayəsində 22 yaşında əlilliyə məhkum edildim. Ayağım kəsildikdən sonra “Azər Passillo” MMC-nin direktoru İsmayıl Nuri mənim yanıma gələrək bildirdi ki, şikayətçi olmasam mənə sığortapulu kimi 10 min manatdan yuxarı vəsait veriləcək, əmək haqqımın 80 faizi ödənəcək və İsmayıllı rayonunda yerləşən “Azər Passillo” MMC-də işlə təmin ediləcəm. Mən də İ.Nurinin vədlərinə inanaraq düşündüm ki, artıq sağlamlığımı itirmişəm, elə mənə kömək edər, yaşamağım üçün nəsə edərəm”“Arxamda Cavid Qurbanov və Xəqani Kazımov durub”

Elxan Ələkbərov deyir ki, İ.Nuri hüquqi işləri görmək üçün vəkil də tutub. Zərərçəkən də notarial qaydada həmin vəkilə etibarnamə verib: “İsmayıl Nuri bildirdi ki, bundan sonra Fərid adlı hüquqşünas mənin sənədlərimi sahmana salacaq. Daha bilmədim ki, bunlar mənim savadsızlığımdan istifadə edib bugünə qədər bilmədiyim sənədləri imzalatdıracaqlar.

30 iyul 2008-ci il tarixdə M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzindən çıxdım və yaşadığım İsmayıllı rayonuna getdim ki, səhhətim düzəlsin, işimə dönüm. Bir müddət keçdikdən sonra İ.Nurinin yanına getdim ki, məni işlə təmin etsin. Məni uzun müddət get-gələ salandan sonra “Mirakl-Dent” MMC-də gündüz gözətçisi kimi işlə təmin etdilər. Bundan sonra İ.Nurinin yanına getdim və bildirdim ki, verdiyi vədləri həyata keçirmələri üçün gəlmişəm. Amma məni  dinləməyərək, otağından qovdu. Ona əlaqədar orqanlara şikayət edəcəyimi dedim. O da mənə “get, əlin hara yuxarıdır ora qoy. Mənim arxamda Cavid Qurbanov və Xəqani Kazımov durub, onlar da ölkənin ağalarıdır. Kimə şikayət edəcəksən, bilmirəm” – dedi. Onu da bildirim ki, direktorun yaxın qohumu olan Eyyub mənim başıma gələnlərdən sonra ölkədən qaçıb”.

Şikayətçi deyir ki, bundan sonra baş verən hadisə ilə bağlı sənəd almaq üçün Kürdəmir rayon Prokurorluğuna gedib. Ancaq heç bir sənəd ala bilməyib: “Kürdəmir rayon Prokurorluğundan mənə bildirdilər ki, biz sənə həmin sənədi versək, gərək onda 2007-ci ildə prokuror işləmiş Nurədin Qasımov həbs edilə”.

“Sizin əmək müqaviləniz yoxdur”

E.Ələkbərova çalışdığı “Mirakl-DENT” MMC tərəfindən də xəbərdarlıq məktubu verilib. Həmin sənəddə qeyd olunur ki, əmək qabiliyyəti olmadığından işdən azad edilir.

Şikayətçinin yazdığından və onda olan sənədlərdən bəlli olur ki, hadisəyə qədər fəhlə kimi çalışdığı müəssisə ilə arasında əmək müqaviləsi olmayıb. Bu səbəbdən də İsmayıl Nuri onun həmin müəssisədə çalışmadığını deyir. Direktor Dövlət Əmək Müfəttişliyi Xidmətinin 6 saylı Region üzrə Dövlət Əmək Müfəttişliyinin ünvanladığı sorğuya cavab olaraq bildirib ki, Elxan Ələkbərov “Azər Pasillo”da çalışmayıb. O, xəsarət aldığı zaman 71 saylı Yol İstismarı Müəssisənin işçisi olub.

Verilən sorğu əsasında E.Ələkbərova məktub ünvanlayan 6 saylı Region üzrə Dövlət Əmək Müfəttişliyinin rəisi Vüqar Abdullayevin cavabında deyilir: “Sizin “Texnika – A.Servis” MMC-də iş zamanı bədbəxt hadisə nəticəsində xəsarət almağınız barədə ünvanladığınız ərizənizə tərəfimizdən baxılmışdır. 2015-ci il, 17 fevral tarixli izahatınızda Kürdəmir rayonu ərazisində “Texnika-A.Servis” MMC-də işləməyinizi və rəhbər işçi kimi İran İslam Respublikasının vətəndaşı İsmayıl Nurini qeyd edirsiniz.

Lakin “Texnika -A.Servis” MMC rəhbərliyinin təqdim etdiyi 09/15 nömrəli, 2015-ci il 3 mart tarixli məktubunda sizinlə müəssisə arasında heç bir əmək müqaviləsinin olmadığını və müəssisə tərəfindən Kürdəmir rayonu ərazisində heç bir yol tikinti işinin aparılmadığını bildirmişdir.

İsmayıl Nuri ilə telefon əlaqəsi zamanı xəsarət aldığınız zaman 71 saylı Yol İstismar Müəssisəsinin işçisi olduğunuzu qeyd etmişdir.

Yol İstismarı Müəssisəsinin təqdim etdiyi 86 nömrəli, 2015-ci il, 6 mart tarixli məktubunda da sizin müəssisə ilə heç bir əmək müqaviləsində olmadığınızı və müəssisə tərəfindən Kürdəmir rayonu ərazisində heç bir yol-tikinti işinin aparılmadığını bildirmişdir.

Hazırda işlədiyiniz “Mirakl-Dent” MMC-dən qanunsuz işdən çıxarılmağınız ilə əlaqədar bildiririk ki, qanunvericiliyə uyğun olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 19 nömrəli TSEK-in verdiyi rəyə əsasən, əmək qabiliyyətsiz olduğunuz üçün xəbərdarlıq edilməklə əmək müqavilənizə xitam veriləcəyi bildirilmişdir. Qeyd olunanları nəzərə alaraq, mübahisəli hal yarandığından məhkəməyə müraciət etməyiniz tövsiyə olunur”.

“Arxamda Cavid Qurbanov və Xəqani Kazımov durub”

Təzadlı məqam

Sənədlər arasında diqqətçəkən bir məqam da var. Belə ki, İsmayıl Nuri E.Ələkbərovun onunla işləmədiyini desə də, nədənsə fəhlənin vəziyyətini öyrənmək üçün Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinə sorğu ünvanlayır. Mərkəzin cavab məktubunda göstərilir: ““Azər Pasillo” MMC-nin direktoru İsmayıl Nuri cənablarına. Sizin 22 iyul 2008-ci il tarixli 110/272 saylı sorğunuza cavab olaraq bildiririk ki, Ələkbərov Elxan Müsabi oğlu klinikamıza 25.05.2008-ci il tarixdə “ Sağ aşağı ətrafda budun yumşaq toxumalarının geniş sahədə dəri effekti olan əzilmiş-didilmiş-cırılmış yarası, magistral damarların zədələnməsi, III dərəcəli kəskin işemiyası” diaqnozu ilə daxil olmuşdur….”

Meydan TV məsələ ilə bağlı İsmayıl Nuri ilə əlaqə saxlamağa cəhd etsə də, onun hazırda Azərbaycanda olmadığı bildirildi.

71 saylı Yol İstismarı İdarəsindən isə dedilər ki, Elxan Ələkbərov onların işçisi olmayıb.

Dövlət Əmək Müfəttişliyi Xidmətinin 6 saylı Region üzrə Dövlət Əmək Müfəttişliyindən isə bildirdilər ki, vətəndaşa bu barədə məlumat verilib, onun məhkəməyə müraciət etməsi tövsiyə olunub.

“Əgər şirkətlə işçi arasında əmək müqaviləsi yoxdursa, o zaman Dövlət Əmək Müfəttişliyi həmin şirkəti cərimələməlidir”. Bunu isə hüquqşünas Azər Quliyev deyir:

“Ümumiyyətlə, hər bir əmək münasibəti başlamamışdan qabaq, yazılı əmək müqaviləsi bağlanmalıdır. Əgər müqavilə bağlanmırsa, buna görə Azərbaycan Respublikasının qanunlarında maddi, inzibati, intizam və cinayət məsuliyyəti nəzərdə tutulub. Əgər müqavilə bağlanmırsa, işəgötürən Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən cərimə oluna bilər. Əmək Müfəttişliyi Əmək qanunvericiliyə dövlət nəzarətini həyata keçirən orqandır. Hansısa bir işəgötürən qanunu pozursa, bu qurum həmin işəgötürən haqqında intizam və inzibati məsuliyyətəcəlbolunma haqqında məcburi göstərişlər, protokollar verməlidirlər. Həmçinin, qanunu pozan işəgötürənləri məhkəməyə də verə bilərlər. Amma Əmək Müfəttişliyi neyləyir? Gedib, görürlər ki, şirkətlə münasibətləri yaxşıdır, işçilərə deyirlər ki, gedin, məhkəməyə müraciət edin. Əslində, qurum məhkəməyə qədər bu mübahisələri rəsmi qaydada həll etməli, həmin şirkəti və rəhbərini özü cəzalandırmalıdır. Həmin işçilərə nə qədər əməkhaqqı çatırsa, bunu tələb etməlidir. Yəni, bu qurumun müvafiq araşdırma aparmadan, işəgötürən şirkəti cəzalandırmadan, “get, məhkəməyə müraciət elə” demək hüququ yoxdur. Əgər məhkəməyə müraciət olunacaqsa, bəs onda, Dövlət Əmək Müfəttişliyi kimə lazımdır?”

Görünən odur ki, əmək müqaviləsinin olmaması bir gəncin taleyini qaranlığa sürükləyib və heç kim məzuliyyəti üzərinə götürmək istəmir. Elxan Ələkbərov isə deyir ki, əgər dərdinə çarə tapılmasa intihar edəcək:

“Pozulmuş hüquqlarım bərpa olmasa, özümü Bakı şəhərində “haqq körpüsü” kimi tanınan Koroğlu metrosunun yanındakı körpüdən atacam. Sağlamlığımı itirməklə onsuz da ailəmə mənəvi əziyyət verirəm. Üstəlik maddi sıxıntılar da yaşatmaq istəmirəm. Bu dövlət mənə 2-ci qrup əlil kimi cəmi 50 manat verir. Halbuki ayağımı itirdiyimə görə 1-ci qrup əlil kimi pensiya almalıyam.

Bu pensiya ilə mən necə yaşayım? Siz mənə yolunu göstərin!”

Şikayətçi prezidentə ünvanladığı məktubunda ondan kömək istəyir, başına gələn faciədə günahkar olanların, onu aldatmaqda suçladığı İsmayıl Nurinin, eləcə də qohumu Eyyubun barəsində ölçü götürülməsini xahiş edir.

Ana səhifəVideo”Özümü körpüdən atacam” (VİDEO)