Özlərinə vurğun ateistlər…

Onlar bu xəyalla yaşayırlar

Source:

Bəzi ateistler özlərini digər insanlardan daha fərqli, üstün və əhəmiyyətli bir insan kimi görür və özlərinə vurgundurlar. Bunu peşəsindən,tutdugu vəzifəsindən asılı olmayaraq bütün inanclılara göstərdikləri münasibətdən,verdikləri dəyərdən görmək mümkündür.

Yaxşı xatırlayıram, kifayət qədər özünü təstiqləmiş fəlsəfəçi Niyazi Mehti bəyə bir gənc ateist cavab yazmışdı, böyüklü-kicikli, demək olar ki, bütün ateistlər və həmin gəncin özü də daxil olmaqla, cox böyuk iş gördüklərini düşünür, bunu bayram edirdilər. Əslində isə onların heç biri anlamırdı ki, verilmiş cavab məntiq xətası ile dolu, savadsızcasina yazılmış bir yazıdır, istəyim həmin ateistin səhvlərini, cılız fikirlərini mühakimə etmək deyil. Onların belə cılız, məntiqdən kənar cavabı anlamadan, diqqətli şəkildə araşdırmadan, yüksək şəkildə dəyərləndirmələri və bununla öyunmələrinin səbəbini göstərməkdir.

Sadəcə, yaxşı anlayıram ki, bu kəslər özlərini olduğundan daha müvəffəqiyyətli, daha ağıllı kimi qiymətləndirirlər. Özlərinin hər kəsdən fərqli, üstün və xüsusi olduqları xəyalı ilə yaşayırlar. Lakin bu üstünlük hissi özünə inam daşıyan bir böyüklük hissi deyil; davamlı olaraq ətrafdan təsdiqlənməsini gözləyən bir hissdir.

Bu kəslər dərinlərdə bir dəyərsizlik duyğusunu hiss etməz, ya da, qəbul etməzlər. Əslində, bu tip insanlar kövrəkdirlər, lakin bu kövrəkliklərinin böyüklük duyğularına olan güvən duyğularının zəifliyindən qaynaqlandığını, kövrəkliklərinə davamlı olaraq başqalarını günahlandırma və dəyərinin anlaşılmadığı duyğusu yoldaşlıq ediyini bilmirlər.

Psixiatriyadan anlayışı olanlar aydın şəkildə anlayarlar ki, buraya qədər yazdıqlarımda “narsizm” əlamətləri mövcutdur. Narsisistik şəxsiyyət quruluşunun ən əhəmiyyətli xüsusiyyətlərindən biri “megalomania”və üstünlük duyğusudur. Lakin megalomaniya və üstünlük duyğuları yalnız narsisistik şəxsiyyətə xas deyil. Adamda heç bir psixiatrik xəstəlik olmadan da ola biləcəyi kimi, bir çox psixiatrik vəziyyətdə də görülə bilməkdədir.

Sağlam narsisistik doyumun ən əhəmiyyətli xüsusiyyəti, başqalarına da dəyər verə bilmək, sevə bilmək, başqalarının da ehtiyaclarını başa düşmək xüsusiyyəti daşımasıdır. Sağlam olmayan narsisistik doyumun ən əhəmiyyətli xüsusiyyəti isə özünü qiymətli hiss edə bilmək üçün digərlərini dəyərsizləşdirməyi, aşağılamagi yolunu secməsidir. Biz demək olar ki, hər gün dəfələrlə belə insanların özlərinin, yürütdükləri fikirlərin, idealogiyalarinin dəyərli oldugunu hiss edə bilmələri ücün, milyardlarla inanclını dəyərsizləsdirdiyinə, aşagıladıqlarına şahid oluruq

Narsisistik Şəxs, başqasının müvəffəqiyyətlərinin önə çıxmasını qısqanar. Başqasının daha qiymətli olduğu düşüncəsinə dözə bilməz. Əminəm ki, sosial şəbəkə istifadəcilərinin əksəriyyəti sözünü etdiyim insanlar tərəfindən milli qəhramanlarımız Mübariz Ibrahimovu, Ramil Səfərovu necə qiymətləndirməsindən xəbərdardırlar, onlar bu şəxslərin xalq tərəfindən sevilməsindən, ucaldıb göylərə qaldırmasından narahat olurlar, çəkinmədən aşagilamaga, dəyərsizləşdirməyə calışırlar. Ən yaxşı halda onların qəhrəman olmadıgını,ən pis halda Agalar Məmmədov kimi belə adamları “kamikadze” adlandırıb, özlərini dəyərli hiss etməyə calışırlar.

İnaniram ki, hər biriniz bu yazını oxuduqdan sonra, belə insanlara qarşı daha diqqətli davranacaq, onların etdiklərinə fikir verməyəcəksiniz, bunu etməniz cox vacibdir, çünki sizlər, normal insanlar tərəfindən deyil, narsisistik şəxsiyyət pozuqlugu yaşayan kəslər tərəfindən aşagılanır, təhqir olunursunuz.


Qeyd: Yazı bütün ateistlerə aid deyil.


Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir

Ana səhifəMənim FikrimcəÖzlərinə vurğun ateistlər…