Özəl şirkətin tikdiyi Olimpiya Kompleksləri dövlət qeydiyyatına alınıb

”Hər bir kompleks İlham Əliyevin xalqa hədiyyəsidir”

Source:


”Hər bir kompleks İlham Əliyevin xalqa hədiyyəsidir”

“Zaqatala Olimpiya İdman Kompleksi” MMC və “Şəki Oplimpiya Kompleksi” MMC dövlət qeydiyyatına alınıb.

“Vergilər” qəzetinin xüsusi buraxılışında belə deyilir. Bildirilir ki, “Zaqatala Olimpiya İdman Kompleksi” MMC-nin qanuni təmsilçisi Samir Yaşar oğlu Rəhimovdur.

Kompleksin nizamnamə kapitalı 10 mln. 583,4 min manatdır.

“Şəki Oplimpiya Kompleksi” MMC-nin kapitalı isə 43,859 mln. manat, qanuni təmsilçisi Babək Həmidovdur.

Azərbaycanda OİK-lər 2002-ci ildən işə başlayıb. Naxçıvan OİK-in açılışında o vaxtkı prezident Heydər Əliyev hər bir kompleksin İlham Əliyevin xalqa hədiyyəsi olduğunu demişdi.

Rəsmi sənədlərdə və hesabatlarda komplekslər İlham Əliyevin idmana qayğısı kimi qiymətləndirilir. Amma AzadlıqRadiosunun 2012-ci ildə apardığı

araşdırma

bəzi komplekslərin istifadəsiz, bəzilərininsə təyinatı üzrə fəaliyyət göstərmədiyini üzə çıxarmışdı.

Araşdırmadan məlum olmuşdu ki, Şəki OİK “General Construction” MMC-nin balansındadır. Qazax, Qusar və Zaqatala OİK-lərini də bu şirkət öz vəsaitilə inşa edib. “General Construction” 2001-ci ildə Panamanın “Oceanstream” şirkəti tərəfindən təsis olunub. Şirkət azərbaycanlı iş adamı Xəqani Bəşirova məxsusdur.

O dövrdə Gənclər və İdman Nazirliyinin iqtisadiyyat şöbəsinin müdir müavini Rüfət Həsənov demişdi ki, komplekslərdən 16-nı Gənclər İdman Nazirliyi, 2-ni Qaçqınlarla İş üzrə Dövlət Komistəsi, 3-nü Milli Olimpiya Komitəsi, 12-ni isə müxtəlif özəl şirkətlər öz vəsaitləri hesabına tikib.

Dövlət büdcəsi hesabına tikilən OİK-lərə 200 milyon manata yaxın vəsait xərclənib.

Ana səhifəXəbərlərÖzəl şirkətin tikdiyi Olimpiya Kompleksləri dövlət qeydiyyatına alınıb