Bakının mərkəzi küçələrində də qəzet köşkləri yığışdırılır. Təxminən 4 il öncə Azərbaycanda hər 1 milyon əhaliyə düşən qəzet köşkünün sayı 90 idirsə, indi bu rəqəm 30-a enib. Azərbaycanda həmçinin qəzetlərin səyyar satışına da qadağa qoyuldu. Bir neçə aydır ki, metro girişlərində qəzetlə yanaşı kitabların da satışı yasaqlandı.