“Orxanın qatilləri tapılıb cəzalandırılmasa, nəslimizdən heç bir oğlanı əsgərliyə qoymayacağıq getsin. Biz Ermınistan qaçqınlarıyıq. Hər şeyi görə-görə gəlmişik. Öz torpağımızda əsgərimizin müəmmalı ölümünü biz sinirə bilmirik”
2013-cü ilin dekabrında hərbi hissədə müəmmalı şəkildə qətlə yetirilən əsgər Orxan Alıyevin ailəsi bu günə qədər övladlarının qatillərinin cəzalandırılmamasını iddia edir.
Mətbuat konfransından sonra Prezident Administrasiyasının qarşısında Orxanın qatillərinin cəzalandırlmamasına etiraz edən ailənin başçısına qurumdan gələn cavab belə olub: “Niyə bu qadınları küçəyə çıxardıbsan?”
Aksiyanı çəkərkən Meydan Tv-nin əməkdaşına qəbul şöbəsinin polisi tərəfindən təziq və nalayiq söyüş də edilib. Jurnalistin kamerası “Prezident binasını çəkibsən” adı ilə alınıb, özü fəaliyyəti məlum olmayan otağa aparılıb və orada aksiyanın bütün çəkilişləri silinib.
Bu yazı 11 ildən çoxdur ki, yayımlanıb.
Yayımlandı: 3 Mart 2014 21:00