Ötən il 800 nəfər dərmandan, 300 nəfər yandırıcı maddədən zəhərlənib

2016-ci ildə 3 min nəfər toksikologiya üzrə müalicə alıb

Source:
foto sosial şəbəkə


2016-ci ildə 3 min nəfər toksikologiya üzrə müalicə alıb

Ötən il 3 mindən çox şəxs Klinik Tibbi Mərkəzin (KTM) Toksikologiya Şöbəsinə ambulator qaydada müraciət edib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya deyilib ki, müraciət edənlərdən 2200 nəfəri toksikologiya üzrə stasionar şöbəyə qəbul olunub.  Bunlardan 800 nəfər – dərman, 500 nəfər – dəm qazı, 300 nəfər isə yandırıcı məhlulun qəbulu nəticəsində zəhərləniblər. 90 xəstə ilan sancması, 250 nəfər isə kəskin allergik reaksiya ilə mərkəzə müraciət edib.

Nazirlikdən onu da deyiblər ki, əvvəlki illərlə müqayisədə allergik reaksiyalarla müraciət etmədə ötən illərlə müqayisədə 2,5-3 dəfə azalma müşahidə olunub.

Ana səhifəXəbərlərÖtən il 800 nəfər dərmandan, 300 nəfər yandırıcı maddədən zəhərlənib